Pərvanlı kəndində yeni məktəb binası tikilir

0
43

Zərdab rayonunun Pərvanlı kəndində yeni orta məktəb binası inşa olunur. Yeni məktəb 180 yerlikdir. Məktəb müvafiq Dövlət Proqramı çərçivəsində inşa edilir. Qeyd edək ki, ötən il Zərdabda 7 orta məktəb binası istifadəyə verilib. Hazırda daha 4 məktəb binasının tikintisi davam etdirilir.