
Zərdab sakininin su arxından meyiti tapılıb.
Zerdab.com apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Təzəkənd kəndində baş verib.
Kənd sakini, 1964-cü il təvəllüdlü Təhlə Qoca oğlu Mustafayevin meyiti su arxında aşkarlanıb. Meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.








