Fevralın 7-də Zərdabın qaz təchizatında məhdudiyyət olacaq

0
44

Təmir işləri ilə əlaqədar fevralın 7-də saat 10.00-dan 17.00-dək Ucar, Zərdab və Lək qazpaylayıcı stansiyalarında qaz təchizatı dayandırılacaq. Təmir işləri aparılan müddətdə Zərdab və Ucar şəhərləri daxil olmaqla, Qaravəlli, Rəstəcə, Qarabörk, Gəraybəyli və Lək kəndlərinə təbii qazın verilişində məhdudiyyətlər olacaq.