Zərdab rayonunda 46 müəllim işdən çıxarıldı

0
59

Zərdab rayonunda 46 müəllim işdən çıxarılıb. Bu barədə APA-nın yerli bürosuna Zərdab Rayon Təhsil Şöbəsindən bildirilib. Məlumata görə, işdən çıxarılan müəllimlərin hamısı məktəbdənkənar təhsil müəssisələrinin işçiləridir. Müəllimlərin işdən çıxarılmasının səbəblərinə gəldikdə isə bildirilib ki, Maliyyə Nazirliyinin aktı əsasında rayonda fəaliyyət göstərən məktəbdənkənar təhsil müəssisələrinin 60 faizi bağlanıb. Bunun nəticəsində də 46 nəfər müəllim iş yerini itirib. Onların əksəriyyəti idman müəllimləridir.