“Zərdabda 2010-cu ildə baş verən daşqınlar təkrarlana bilər”

0
35

Zərdab rayonunda qarın əriməsi nəticəsində yaranan problem aradan qaldırılır. Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Fövqəladə Hallar Komissiyasının (FHK) sədri Allahverdi Səfərovun APA-ya verdiyi məlumata görə, rayonda kollektor-dirəmə şəbəkəsinin olmaması, Kür çayının səviyyəsinin yer səthindən yuxarı olması səbəbindən qar və qrunt suları şəhərdə fərdi təsərrüfatları və həyətyanı sahələri basıb. A. Səfərov deyib ki, artıq bir neçə gündür ki, rayonun daxili imkanları hesabına 15-dən artıq su nasosu vasitəsi ilə qrunt suları yerüstü kanallara ötürülür.
FHK sədrinin sözlərinə görə, rayonda kollektor-drenaj şəbəkəsinin olması zəruridir və bununla bağlı müvafiq orqanlara məlumat verilib. Əgər yaxın gələcəkdə bu şəbəkə qurulmasa, Zərdab rayonunda 2010-cu ildə baş verən daşqın hadisəsi yenidən təkrarlana bilər.