2011-ci ildə Zərdab rayonu ərazisində 128 cinayət hadisəsi qeydə alınıb. www.zerdab.com-un xəbərinə görə, bu göstərici 2010-cu ilə nisbətən 6 fakt azdır. Qeydə alınmış cinayət hadisələrindən 96-sı böyük ictimai təhlükə törətməyən, 28-i az ağır, 4-ü ağır cinayətlərdir. Xüsusilə ağır cinayət hadisəsi qeydə alınmayıb. Qeydə alınmış 128 cinayət hadisəsindən 124-ü açılıb. Ümumi qeydə alınmış cinayət işləri üzrə açılma isə 96,8 faiz olub.