2011-ci ildə Rayon İcra Hakimiyyətinə 1610 ərizə daxil olub. www.zerdab.com-un yaydığı xəbərə görə, bu, 2010-cu ildəkindən 125 ədəd çoxdur. Artıma səbəb 2010-cu ildə baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması ilə bağlı vətəndaşların çoxsaylı müraciətləri olub. Həmin ərizə və şikayətlərdən 789-u yuxarı orqanlardan, o cümlədən Prezident Administrasiyasından 637, Milli Məclisdən 26, Nazirlər Kabinetindən 13, digər mərkəzi təşkilatlardan 114 ədəd daxil olub. Onlardan 16-sı Prezident Administrasiyası tərəfindən nəzarətə götürülüb. Daxil olan müraciətlərin 237-si müsbət, 78-i qismən həll edilib, 355-nə müvafiq izahat verilib, 95-i əsassız hesab olunub, 1 müraciət baxılmaq üçün aidiyyəti orqana göndərilib, 15-nin icrası nəzərdə tutulub, 18-i icraatdadır. Daxil olan müraciətlərin 347-si təbii, texnogen hadisələr və fövqəladə hallarla, 188-i mənzil, 193-ü əmlak, 162-si torpaq, 150-si maddi yardım, 107-si kənd təsərrüfatı, 84-ü icra hakimiyyəti orqanlarının fəaliyyəti, 72-si tikinti, 66-sı qəbul, 10-u minnətdarlıq və sair məsələlərlə bağlı olub. Rayonun idarə və təşkilatlarında, yerli icra orqanlarında vətəndaşların müraciətlərinə baxılması vəziyyəti vaxtaşırı olaraq araşdırılıb, bu sahədə yol verilən nöqsanların aşkarlanaraq aradan qaldırılması üçün tədbirlər görülüb.
2011-ci ildə Rayon İcra Hakimiyyəti başçısı tərəfindən 694 vətəndaş qəbul edilib. İnzibati ərazilərdə 48 səyyar qəbul keçirilib, 262 vətəndaş qəbul olunub və onların müraciəti əsasən öz müsbət həllini tapıb. Rayon İcra Hakimiyyəti başçısının səyyar qəbulları xüsusi qrafik əsasında ayda 4 dəfədən az olmayaraq keçirilib, kənd əhalisinin tələb və təklifləri qeydə alınıb, icrasına nəzarət təşkil edilib və bütün məlumatlar Rayon İcra Hakimiyyəti Başçısının yerlərdə keçirdiyi qəbullar forması üzrə hər həftə analitik sistemə ötürülüb.