“Gecələr”in müəllifi həmyerlimiz Zabit Soltanov imiş – VİDEO

30
135

“Gecələr” mahnısını yəqin ki, sevməyən adam az tapılar. Bu günə qədər bu mahnını kimin yazması ilə bağlı müxtəlif fikirlər səsləndirilirdi. Cəmiyyətə yanlış olaraq mahnının musiqisinin Niyaməddin Musayev tərəfindən bəstələndiyi məlumatı ötürülürdü. Əslində isə “Gecələr” mahnısı Zərdab rayonunda doğulub boya-başa çatmış, 70-ci illərin tanınmış qarmon ifaçısı Zabit Soltanov tərəfindən bəstələnib. Bu fakt zərdablılara, Zabit Soltanovun yaxınlarına çoxdan bəlli idi. Ancaq məsələ ictimailəşməmişdi. Qeyd edək ki, Zabit Soltanov bu musiqini xalq şairimiz Bəxtiyar Vahabzadənin sözlərinə bəstələyib. Zabit Soltanovun Bəxtiyar Vahabzadə ilə səmimi münasibətləri olub. O, xalq şairimizin övladlarından birinin qarmon müəllimi olub. Qəribədir ki, “Gecələr” mahnısı bir neçə il öncə Müəllif Hüquqları Agentliyində Bəhram Nəsibovun mahnısı kimi qeydiyyata alınıb.
Qeyd edək ki, bu mövzu ilə bağlı Zərdabda çıxan “Əkinçi” qəzetinin redaktoru İsaməddin Əhmədov geniş araşdırma aparıb, sənəd və şahidlərin dedikləri əsasında mahnının müəllifinin Zabit Soltanov olduğunu bir daha təsdiqləyib. Həmin yazını yaxın vaxtlarda www.zerdab.com saytında da yayımlayacağıq.
Gecələr mahnısı kədərli notlar üzərində qurulub. İnsan qulaq asdıqca kədərlənməyə bilmir. Mahnıdakı kədər sanki Zabit Soltanovun ailəsinə də sirayət edib. Özü çox cavan – 54 yaşında vəfat edib. Onun böyük oğlu 10 yaşında dünyadan köçüb. Hazırda isə Zabit Soltanovun oğlu Pərviz Soltanov xərçəng xəstəliyindən əziyyət çəkir. Bu gün həmyerlimiz jurnalist Nicat İntiqam Pərvizin müalicə olunduğu Mərkəzi Kliniki Xəstəxanaya yollanıb, onun yaxınları ilə həmsöhbət olub. N. İntiqamın sözlərinə görə, Pərvizin vəziyyəti ağırdır: “Pərviz Mərkəzi Kliniki Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib və süni nəfəs aparatına qoşulub. Vəziyyəti ağırdır”.
Yaxın günlərdə bu barədə hazırlanmış yazını saytımızda oxuya bilərsiniz. Pərviz qardaşımıza Allahdan şəfa diləyirik.
Zabit Soltanovun kədər dolu “Gecələr” mahnısını oxucularımıza təqdim edirik…

http://www.youtube.com/watch?v=gzLPJNLnJ7E

 

30 ŞƏRH

  1. He cox sag ol qardesim bu bizim cox yaxin qohumuzdur..bu mahnin ona mexsus oldugunu men coxdan bilirdim..rehmetliklede ne xos meneki azda olasa usaq vaxti gorusmelerimiz olub..cox sen ve guler uz bir insan idi…Allah rehmet eylesin..Perviz qardasimiza komek olsun….

  2. SONRA DEYİRSİNİZ Kİ, KƏDƏRLİ HEÇ NƏ YAZMAYAQ. KƏDƏR İNSANLARIMIZIN QİSMƏTİNƏ YAZILIB SANKİ. BİZ KƏDƏRLİ YAZILARI YOX, KƏDƏRLİ YAZILAR BİZİ TAPIR: ALİ TƏHSİLİNİ TÜRKİYƏDƏ, MAGİSTRATURA TƏHSİLİNİ MACARISTANDA ALAN, ELMİ İŞİNİ AMERİKADA MÜDAFİƏ EDƏN 28 YAŞLI GƏNC HƏMYERLİMİZ PƏRVİZ SOLTANOV MƏRKƏZİ KLİNİKADA REANİMASİYA ŞÖBƏSİNƏ YERLƏŞDİRİLİB. XƏRÇƏNGDİR… ALLAHDAN ŞƏFA DİLƏYƏK. PƏRVİZLƏ BAĞLI AYRICA YAZINI İSƏ İNDİ YAZACAĞAM. O, HƏM DƏ MACARISTANDA MƏHKƏMƏ ZAMANI RAMİL SƏFƏROVUN TƏRCÜMƏÇİSİ OLUB…

  3. Pervizgil 3 qardas idiler… mingecevirde yasayirdilar……bu qardaslar xaricde oxuyublar oz biliklerine.atalarini usaq caglarinda itirmeklerine baxmayaram cox naliyetler elde edibler…. ramil seferov tutulanda macaristanda en feal Azerbaycanlilardan biri bu qardaslar idi…tez tez ansden danisirdi…..o biri qardes amerkada 11 sentyabr hadiselerinde orda idi ve oda ansle birbasa canli yayimda danisirdi….indi bu qardaslardan biri olkenin en aparici tehsil mueselerinden birinde cox yuksek vezifede isleyir…..heqiqeten fexr edilesi qardaslardir….eslen MElikli kendindendirler….Rehmetlik Zabit muellim de meliklide (seyid mahmud) qebrstanliginda defn edilib….

  4. NATAVAN XALA , ELNUR , FUAD QARDASIMIZ PERVIZE ALLAH SEFA VERSIN. HER GUN ELEDIYIMIZ DUALARI ALLAH QEBUL ETSIN. AMIN. AILELIKLE COX UZULURIK . MAHMUDLU NICAT IBRAHIM OGLU!

  5. Sozun fikirin dusuncenin bitdiyi menasini itirdiyi bir andi deyirler ki dunya imtahandi. Pervizin anasinin ailesinin imtahani cox agir oldu kas ki elimizden bir sey geleydi anam deyir ki kas ki qalan omrumu ona bagislaya bileydim… perviz oglumla. Face de danisanda bakinin payizini maraq etmisdi. Uca Allahim ,Pervize mohlet ver ,senin elinde mumkunu olmayan is yoxdur ,sen qadirsen, sefa ver,onun bahar omrunu bizlere qelbi qiriq anasina bagisla , sefa ver Allahim,Allahim

  6. Mocuzeler Var!!! Men cox inaniram ki, tez bir zamanda PERVIZ bizim aramiza yeniden qatilacaq… Tek duamiz PERVIZ-in saglamligina yeniden qovusmasidir… En azindan 2 ovladina, anasina, yaxinlarina ve heyata kecirmek istediyi arzularina gore… YASAMALIDIR!!! Dualariz seninledi PERVIZ SOLTANOV!!!
    ALLAH KOMEYIN OLSUN!!! AMIN!!!

  7. Allahdan Perviz qardawimiza sefa,dozumlu olmaqi dileyirem.Inwallah bu xesteliye qalib geler.Allah ozu komeyi olsun,sevdiylerine baqiwlasin.burda onun saqalmaq xeberin ewidek inwallah.Amin.Amin.Amin.

  8. ALLAH WEFA VERSIN .ALAH OZU YARDIMCI OLASUN ILAHI AMIN

  9. Baki payizin son gunlerini yasayir. Bu gece narin yagis da payiza lay lay calir. Saralmis yarpaqlari yuyur sigallayir. Cox kederliyem, Baki payizini xeber alan Perviz! Axi payiz bitmek uzredir! Gozlerini ac, gulumse, qemli gecelerimizi isiqlandir, bizi sevindir! Ac gozlerini,tez ac ,gecikme…Bir az geciksen seni Bakinin qisi qarsilayacaq. Eybi yoxdu teki sen oyan , qayit! Qisimizi yaza donder! Men ina iram sen bunu bacaracaqsan cunki, sen cox guclusen., gencsen heyat esqi ile dolusan heyat sene yarasir sen de heyata. PERVIZ dooooooooon, yasa, yasa, yasa!

  10. Ramin Seferovun cetin gunlerinde senden Macaristandan xeber gozleyirdik.Ramin ucun cox uzulurduk. Hec umid etmirdik ki Vetene doner. Onu Vetene donderen Allah senin de sad xeberini bize nesib etsin eziz qardasim perviz men de cetin gunler gormusem Allaha cox sukurler olsun yaxsiyam . Arzum budur tezlikle ayaga qalxasan, qardas kimi derdlesek. Allaha dualar edek . Menim de dualarim seninledi eziz qardasim! Senden cox seyler sorusub oyrenmek isterdim .yolunu gozleyirem ,xeyirli xeberlerini gozleyirem

  11. Baki payizin son gunlerini yasayir.bu gece narin yagis payiza lay lay calir. Cox kederliyem. Baki payizini xeber alan Perviz, axi payiz bitmek uzredir, gozlerini ac ! Qemli payiz gecelerimizi sevindir…xeyirli xeberlerini gozleyirik.

  12. Ramin seferovun cetin gunlerinde senden xeber gozleyirdik.Ramin ucun cox uzulur hec umid etmirdim ki, Vetene doner . Indi Perviz senden sad xeber gozleyirik ne olar bizi sevindir. RAMINI DARDAN QURTARAN ALLAHIM SENI DEDARDAN QURTARSIN! Menim de dar gunlerim olub indi sukur olsun yaxsiyam. Eziz qardasim bizim bolusesi cox seylerimiz var. Insallah Allah bize derdlesmeyi nesib eder .yolunu gozleyirem .butun dualarim seninledir!

  13. Baki payizin son gunlerini yasayir. Bu gece yagan narin yagis geceni daha da kederlendirir. Yata bilmirem. Yatanlara hesed edirem geceler… hele Amerikada olanda Eliden Bakida payizin nece kecdiyini maraq edirdin, Perviz. Indi Bakidasan. Ac gozlerini payiz seni gozleyir .Axi payiz bitmek uzredi Perviz, teles oyan, qemli payizimizi sevindir.

  14. Perviz Macaristanda Ramin Seferovun tercumecisi olub . Her gun ANS de ondan Raminle bagli bir xeber gozleyirdik. Ramin ucun uzulur. Vetene donmesine hec umid etmirdik. Ramini dardan qurtaran ALLAH Pervizede yardim eder! Menim de heyatda bele dar gunlerim olub . Indi sukurler olsun ki, yaxsiyam. Pervize seslenirem, eziz qardasim, sen guclusen gencsen,heyat dolusan, inaniramki doneceksen! Raminin sad xeberini bize yasadan Allahim Pervizin de sad xeberini bize yasat,bizi sevindir, Sen qadirsen Sen ol deyersen olmazmi? AMIN

  15. Yaradanda Allahdir aparanda Allahdir!!Allah rehmet eylesin
    Qebrin Nurla dolsun

Comments are closed.