Qoşaoba kəndi

0
118

Bu kənd rayon mərkəzinə bitişikdir, bu səbəbdən də abadlığı, müasirliyi ilə seçilir. Qoşaoba əhalisi əsasən  heyvandarlıq, bostan və tərəvəzçilik, taxılçılıq, yemçilik, quşçuluq, pambıqçılıq, baramaçılıq və s. sahələrdə, eləcə də Zərdab şəhərindəki müəssisə və obyektlərdə çalışır. Şəhərə bitişik olduğundan sakinlər Zərdab şəhərindəki təhsil, səhiyyə, mədəniyyət və s. obyektlərin xidmətindən istifadə edirlər. Bu kənd bir zamanlar Zərdab ərazisində, Zərdab – Ucar şose yolunun kənarında yerləşən, indi mövcud olmayan Nəcəfalılı, Vəlixanlı, Qaravəlili, Hacılı kəndlərinin birləşməsi, sovetlər dövründə kolxoz təşkil edilməsi nəticəsində yaradılmışdır.

Ərazisi 4457,64 hektar
Əhalisi 2149 nəfər