Zərdabda 2 uşağa əlil arabası, 4 nəfərə eşitmə aparatı verilib

0
51

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Zərdab rayon Uşaq və Ailələrə Dəstək Mərkəzi rayonumuzda yenicə fəaliyyətə başlasa da bir sıra xeyriyyə tədbirləri ilə yadda qalıb. www.zerdab.com saytının məlumatına görə, mərkəz tərəfindən qısa müddətdə 2 uşaq əlil arabası, 4 nəfər isə eşitmə aparatı ilə təmin olunub. Bundan əlavə, mərkəzin xətti ilə 3 nəfər xəstə müvafiq olaraq beyin kistasından, ürəyindən və böyrək çatışmazlığından əməliyyat edilib. Cərrahiyyə əməliyyatları ölkəmizin müxtəlif klinikalarında baş tutub.