Ucar-Zərdab yolunda avtomobil qəzası baş verib

1
84

Ucar-Zərdab yolunda xanım sürücünün xəsarəti ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. www.zerdab.com APA-ya istinadən məlumat verir ki, hadisə dünən axşam saatlarında Ucar-Zərdab yolunun Ucar rayonunun Xalac kəndindən keçən hissəsində qeydə alınıb. Gəncə şəhər sakini 1978-ci il təvəllüdlü Axundova Nəcibə Zakir qızı idarə etdiyi “Hyundai Santa Fe” markalı maşın hərəkətdə olarkən idarəetməni itirib və yoldan çıxaraq aşıb. Nəticədə sürücü müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

1 comment

Comments are closed.