Zərdabın tarixi-siyasi coğrafiyası – ARAŞDIRMA 2

2
71

Zərdab-xeritesiAzərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işçisi Taleh Vasif oğlu Əliyev “Zərdabın tarixi-siyasi coğrafiyası” adlı yazısını www.zerdab.com saytına təqdim edib. Məqalədə Zərdabın tarixi-siyasi coğrafiyası ilə bağlı maraqlı və yeni faktlar üzə çıxarılıb. Taleh Əliyevin yazısının ikinci hissəsini təqdim edirik.

Azərbaycanın Rusiya və İran arasında bölüşdürülməsindən sonra bu ərazidə çar Rusiyası tərəfindən Göyçay qəzası təşkil edilmişdir. 1840-1846-cı illərdə Zərdab ərazisi Xəzər vilayətinin, 1846-1859-cu illərdə Şamaxı quberniyasının, bundan sonra isə Bakı quberniyasının tərkibinə daxil edilmişdir. XIX əsrə məxsus “Qafqaz Arxeoqrafiya Komissiyasının Aktları” adlı ayrı-ayrı buraxılışlarda Şirvan ərazisi haqqında olan qeydlərdə Zərdabın adı dəfələrlə çəkilir. Hətta 1886-cı ilə aid “Bakı quberniyasının etnoqrafik xəritəsi”ndə Zərdab ərazisində yaşayan əhalinin bütünlüklə Azərbaycan tatarları olduğu göstərilir. XIX əsr rus tarixşünaslığında Azərbaycan dilində danışan əhaili Azərbaycan tatarları adlandırılırdı. 1903-cü ilə aid “Qafqaz Hərbi dairəsinin Hərbi – Topoqrafik sahəsi” adlı xəritədə Zərdab ərazisi və bir sıra kəndlər qeyd olunmuşdur.

Azərbaycan Demokratik Respublikasının mövcud olduğu dövrdə Zərdabın ərazisi Göyçay qəzasının bir hissəsi olmuşdur. 1926-cı ilə məxsus Göyçay qəzasının etnik tərkibi haqqında cədvəldə Zərdab əhalisi bu cür idi: 99,8 % – türklər (Azərbaycan türkləri), 0,1 % ləzgilər, 0,1 % ruslar. Azərbaycan SSR dövründə artıq Zərdab ərazisi rayon mərkəzinə çevrilmişdir. Hal-hazırda Zərdabın ərazisi 856 km2-dir və 40 yaşayış məntəqəsindən ibarətdir.

Yazının əvvəli:

http://www.zerdab.com/?p=8448

Zərdabın tarixi-siyasi coğrafiyasıZərdabın tarixi-siyasi coğrafiyası Zerdab-xeritesi3

2 ŞƏRH

Comments are closed.