Osmanlıların apardığı inzibati bölgüdə Zərdabın da adı çəkilir – Tarix

0
89
osmanli-ordusu-zerdab-tarix

XVI əsrdə Səvəfi-Osmanlı müharibəsi zamanı ələ keçirilmiş Azərbaycan ərazilərində Osmanlıların həyata keçirdiyi inzibati bölgü içərisində Zərdab sancaqlığı və Müskür sancaqlığının adı çəkilir.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işçisi, Taleh Əliyevin Zerdab.com saytına verdiyi məlumata görə, Osmanlılar Şamaxı əyalətini 16 sancaqlığa bölmüşdü: Lahıc, Ağdaş, Qəbələ, Salyan, Zərdab, Şəki, Bakı, Sade-ru, Qara Ulus, Axtı və İxir, Diku (bu adın Dəkkə, indiki Dəkkəoba olduğunu ehtimal etmək olar), Siryan (Sirhan), Osmani, Xudaverd, Mahmudabad, Ərəş sancaqlıqları. Dərbənd əyaləti isə 8 sancaqlığa bölünmüşdü: Dəmirqapı (Sancaq paşa), Şabran (Şaburan), Axtı, Quba, Müskür, Kürə, Çirak, Rustov sancaqlıqları.

Abbasqulu ağa Bakıxanovun məlumatlarından aydın olur ki, Qaravəlli və Müskürlü əhalisinin Zərdab ərazisinə köçməmişdən əvvəl yaşadıqları ərazi Şirvanşahlar dövlətinin tərkibinə daxil idi.

Qoruqbağı kəndinin özü də hal-hazırda vaxtilə Şirvanşahlar dövlətinin tərkibinə daxil olmuş Şirvan düzündə yerləşir.

Abbasqulu ağa Bakıxanov “Gülüstani-İrəm” əsərində Müskür əhalisi içərisindən çıxmış Mövlana Şeyx Molla Yusif Müskürlünün və 1719-1721-ci illərdə Şirvan üsyançılarının, o cümlədən, 1721-1727-ci illərdə Şirvan əyalətinin hakimi olmuş Hacı Davud Müskürlünün adını çəkir.