Zərdab sakininin Bakıda şok əməlləri üzə çıxdı – DİN məlumat yaydı + FOTO

0
219
zerdab-rayonu-zerdab

Zərdab sakininin Bakıda şok əməlləri üzə çıxıb.

Zerdab.com saytı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinə istinadən xəbər verir ki, paytaxtın Binəqədi rayonu Goradil bağlar massivində yerləşən evlərdən birindən oğurluq edilib.

Zərərçəkmiş Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinə müraciət edərək mənzildən təmir-tikinti əşyaları, eləcə də elektrik naqillərinin oğurlandığını bildirib.

Eyni məzmunlu müraciətlərlə Polis Bölməsinə ətraf ərazilərdə yaşayan daha bir neçə sakinin şikayət ərizəsi daxil olub.

Aparılan araşdırmalar zamanı oğurluqların eyni şəxs tərəfindən törədildiyi müəyyən edilib. 43-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində hadisələri törətməkdə şübhəli bilinən Zərdab rayon sakini Asif Ağayev saxlanılıb.

Asif Ağayev əvvəllər də məhkum olunub.

Polis Bölməsində araşdırma aparılan zaman Zərdab rayon sakini Asif Ağayevin paytaxtın bir neçə rayonunda yerləşən ümumilikdə 18 həyət evindən müxtəlif vaxtlarda məişət əşyaları, təmir-tikinti alətləri, su nasosları və digər əşyalar oğurladığı məlum olub.

O, izahatında etdiyi oğurluqları etiraf edib.

Faktlarla əlaqədar 43-cü Polis Bölməsində toplanan materiallar Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, əməliyyat- istintaq tədbirləri davam etdirilir.

Bakıda 18 bağ evindən oğurluq edilib