Zərdab rayonunun Yuxarı Seyidlər kəndində səyyar qəbul

1
23

6 mart 2013-cü il tarixdə Zərdab rayonunun Yuxarı Seyidlər kəndində Yuxarı Seyidlər və Siləyli kənd sakinləri üçün Rayon İcra Hakimiyyəti Başçısının səyyar qəbulu keçirilib. Zərdab RİHB Aparatının informasiya təminatı və təhlil sektorunun yaydığı məlumata görə,  öncə rayon rəhbəri son illər ölkəmizdə və rayonda görülən genişmiqyaslı tikinti-quruculuq işləri, rayonun sosial-iqtisadi və mədəni həyatında baş verən yeniliklərlə, insanları narahat edən problemlərin həlli sahəsində həyata keçirilən tədbirlər barədə qəbul iştirakçılarına məlumat verib.

Kənd sakinlərindən ağsaqqal din xadimi Həmid Qədirov, şəhid anası Şövkət Bəkirova, sakin Qabil Məmmədov və digərləri son dövrdə respublikamızda və rayonda görülən işləri yüksək qiymətləndirmişlər. Onlar ölkə Prezidentinin müvafiq sərəncamı ilə Zərdab-Yuxarı Seyidlər-Siləyli avtomobil yolunun asfaltlaşdırılmasına, bu işlərin bu gün də uğurla davam etdirilməsinə görə ölkə Prezidentinə minnətdarlıq etmişlər.

Kənddə modul tipli su təmizləyici qurğunun tikilməsini də kənd adamları razılıqla qarşılamışlar.

Çıxış edənlər kənd əhalisini narahat edən bir sıra təklif və müraciətlərini də bildirmişlər.

Səyyar qəbulda qaldırılan məsələlərlə bağlı aidiyyəti orqanların rəhbərlərinə icra başçısı tərəfindən tapşırıqlar verilmiş, müvafiq mərkəzi orqanlara rəsmi müraciət olunmuşdur.

www.zerdab.com

1 comment

Comments are closed.