Zərdabdan qadınların 4-cü qurultayına nümayəndələr seçildi

0
32

Zərdab rayonuAilə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Zərdab Rayon İcra Hakimiyyəti ilə birgə təşkilatçılığı ilə Zərdabda Azərbaycan qadınlarının 4-cü Qurultayına hazırlıq mərhələsində rayon qadınlarının konfransı keçirilib. Zərdab Rayon İHB Aparatının informasiya təminatı və təhlil sektorundan www.zerdab.com saytına verilən məlumata görə, tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri qoyublar. Daha sonra tədbir Zərdab şəhərindəki Heydər Əliyev Mərkəzində davam edib.

Konfransı giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı, iqtisad elmləri namizədi Lütvəli Babayev xalqımıza qəhrəman övladlar bəxş etmiş Azərbaycan qadının mərd və mübarizliyindən, sədaqətindən, yüksək mənəvi keyfiyyətlərindən danışıb. O, qeyd edib ki, Azərbaycan qadını öz iradəsi, mənəvi saflığı və etibarı ilə cəmiyyətimizin həyatında, xalqımızın milli-mənəvi dəyərlər sisteminin formalaşmasında müstəsna rol oynayır.

Daha sonra Yeni Azərbaycan Partiyası rayon təşkilatının sədri Pərvin Mahmudova “Dövlət qadın siyasətinin həyata keçirilməsi barədə” mövzusunda geniş məruzə ilə çıxış edərək bildirib ki, rayon əhalisinin 27,8 min nəfərini, yəni 50,2 faizini qadınlar təşkil edir ki, bunlardan 5 min 9 yüz nəfəri (21,2 faiz) şəhərdə, 21 min 9 yüz nəfəri (78,8 faiz) isə kənddə yaşayır. Rayonda fəaliyyət göstərən 43 məktəbdən 7-nin, 41 kitabxananın, 3 muzeyin hamısının rəhbəri qadındır. 16 kənd mədəniyyət evinə, 9 həkim məntəqəsinə, 11 tibb məntəqəsinə də məhz qadınlar rəhbərlik edir. Rayonda səhiyyə sahəsində 255 qadın tibb işçisi, 42 qadın həkim çalışır. Son illərdə möhtərəm Prezidentimizin müvafiq sərəncamlarına əsasən “Əməkdar müəllim” adına layiq görülən müəllimlərin 3-ü, “Tərəqqi” medalı ilə təltif olunan təhsil işçilərinin 4-ü, qabaqcıl təhsil işçisi adına layiq görülən müəllimlərin 3-ü məhz qadınlardır.

Azərbaycan qadınlarının 20-ci əsrdə çox mühüm inkişaf yolu keçdiyini diqqətə çatdıran millət vəkili Jalə Əliyeva vurğulayıb ki, Azərbaycan tarixində qadın probleminin dövlət səviyyəsində qaldırılması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ulu Öndərin ölkəyə rəhbərlik etdiyi illərdə qadın siyasətinin təməl prinsipləri müəyyən olunub, onların cəmiyyətdə daha fəal mövqe tutmaları üçün şərait yaradılıb.

Konfransda Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Könül Həsənova, Zərdab Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Gülnar Məhərrəmova, Zərdab şəhər 1 saylı məktəb-liseyin ibtidai sinif müəllimi, “Əməkdar müəllim” Sara Sultanova, Zərdab Rayon Mərkəzi Xəstəxanasının mama-ginekologiya şöbəsinin müdiri Südabə İsmayılova, YAP rayon təşkilatının qadınlar şurasının sədri Minəgül Əliyeva, Qaz İstismar Sahəsinin mütəxəssisi Gülnarə Namazova çıxış edərək Dövlət Qadın siyasətinin respublikamızın hər yerində olduğu kimi, rayonumuzda da uğurla həyata keçirilməsi istiqamətində məqsədyönlü siyasətin aparıldığını və qadınlara yüksək diqqət və qayğının göstərildiyini vurğulamışlar.

Rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup qadına fəxri fərmanlar təqdim edilmişdir.

Sonda Azərbaycan qadınlarının 4-cü Qurultayına nümayəndələr seçilmişdir.

www.zerdab.com

Zərdab rayonu

Zərdab rayonu

Zərdab rayonu

Zərdab rayonu

Zərdab rayonu

Zərdab rayonu

Zərdab rayonu

Zərdab rayonu

Zərdab rayonu