Zərdab “Cəsurlar”ı Bakıda keçiriləcək final mərhələsinə vəsiqə qazandı

0
46

zerdab_cesurlarŞəki şəhər stadionunda “Cəsurlar” hərbi-idman və turizm oyununun zona turunun yarışları keçirilib. www.zerdab.com saytının məlumatına görə, birincilik uğrunda Balakən, Zaqatala, Qax, Oğuz, Qəbələ və Zərdab rayonlarının komandaları mübarizə aparıblar. Komandalar sıra hazırlığı, estafet və digər növlər üzrə yarışıblar. Zona yarışları Zaqatala komandasının qələbəsi ilə başa çatıb. Sonrakı yerləri Zərdab və Oğuz rayonlarının komandaları tutublar. Qaliblərə Gənclər və İdman Nazirliyinin diplomları, şəhər gənclər və idman idarəsinin xatirə hədiyyələri təqdim olunub. Zaqatala və Zərdab komandaları, eyni zamanda, hərbi-idman və turizm oyununun Bakı şəhərində keçiriləcək final mərhələsinə vəsiqə qazanıblar.