Dünya
Həqiqət zəhərdən acıdır-acı,
Heç kəsin gəlmirsən xoşuna Dünya.
Məhvərindən qopub hara gedirsən?
Kimlər su caladı aşına Dünya?
***
Sürməni gözə yox, qaşa çəkirsən,
Ağzı küt bıçağı daşa çəkirsən,
Nadanı çox yerdə başa çəkirsən,
Məəttəl qalmışam işinə Dünya.
***
Safdil işlərindən gileyli qaldı,
Yadlar yad havanı sazında çaldı.
Bilməm kim ağlını başından aldı,
Ağlın çətin gələr başına Dünya.
allah sizə rəhmət etsin Səməd müəllim.cox sevimli ədəbiyyat müəllimim idi.Yeri behişt olsun.
Sayti tertib etdiyinize ve atamin weirini yerlewdiryinize gore size tewekkur edirem.
allah rehmet elesin gozel insan idi
Comments are closed.