Zərdab rayon sakinindən narkotik maddə götürülüb. Zərdab rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində rayonda pinəçi işləyən, 1968-ci il təvəllüdlü İsmayılov Müşfiq Məsim oğlu şübhəli şəxs qismində saxlanılıb. Onun üzərinə baxış keçirərkən 5,97 qram narkotik maddə olan marixuana götürülüb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.