Zərdabda süd emalı zavodu inşa olunur

2
55

zerdabZərdab rayonunda müasir standartlara cavab verən yeni süd emalı zavodu tikilir. www.zerdab.com saytının məlumatına görə, ən müasir texnologiyaların quraşdırıldığı zavodun 2012-ci ilin birinci yarısında istifadəyə verilməsi nəzərdə tutulur. Məlumat üçün bildirək ki, yeni emal müəssisəsi köhnə çörək zavodunun bazasında qurulur. Süd emalı zavodunda 60 nəfərin işlə təmin olunması nəzərdə tutulur. Zərdabın kəndlərində əhalinin əsas məşğuliyyət növlərindən biri də heyvandarlıqdır. Yeni süd emalı zavodunun istifadəyə verilməsinin bu baxımından kənd əhalisinin həyat şəraitinin  yaxşılaşdırılmasına təkan verəcəyini söyləmək olar.

2 ŞƏRH

Comments are closed.