Zərdabda maraqlı görüş: 25 ilin məzunları bir araya gəldilər – Fotolar

14
66

Zərdab şəhər 1 saylı məktəb-liseySon zəng ərəfəsində Zərdab şəhər 1 saylı məktəb-liseydə möhtəşəm bir görüş keçirildi. Bu görüş 25 il əvvəl orta məktəbi qurtaran məzunlarla onlara dərs demiş müəllimləri bir araya gətirmişdi. Görüşün əsas təşkilatçıları məzunların sinif rəhbəri Əlihüseyn Cəbiyev və məzun Əlisultan Əliyev olmuşdur.

Görüşü giriş sözü ilə məktəbin direktoru Tofiq Ağayev açdı. Sonra müəllimlərdən P.Əliyev, X.Babayeva, Ə.Cəbiyev, S.Rəhimov, E.Abdullayeva, Z.Sultanova və S.Sultanova da keçmiş şagirdləri haqqında öz ürək sözlərini söylədilər.

Məzunlar 25 il əvvəl dərs keçdikləri sinifdə – hərə öz yerində əyləşdi. Yada düşdü xatirələr…

Əlisultan, Ceyhun, Emil, R.Yalçın, Hikmət, Nəzakət, İltifat, Aidə, Elnur, Səkinə, Q.Yalçın və başqaları orta məktəb illərindən yaddaqalan xatirələrini danışdılar. Məzunlardan Kamilənin Bəxtiyar Vahabzadə yaradıcılığından dediyi bir şeir isə hamını həyəcanlandırdı.

Tədbirin davamı “Kür” restoranında oldu. Ü.Hacıbəyovun “Sənsiz”, C.Cahangirovun “Ana” və digər gözəl Azərbaycan mahnı və muğamları müğənni Ziyafəddin Xəlilovun ifasında çox ecazkar səsləndi.

Gənc meyxanaçı Yaşar məclisi daha da şənləndirdi.

Tədbirin sonunda xatirə şəkilləri çəkildi.

Səbirə Eyvazova/ Məzunların müəlliməsi

Zərdab şəhər 1 saylı məktəb-lisey

14 ŞƏRH

  1. Zerdab.com saytı olaraq gözel insan, esl ziyalı Sebire müellimeye işlerinde müveffeqiyyet, cansağlığı ve yeni-yeni uğurlar arzulayırıq.
    Onun mezunlarına da hemçinin…

  2. Dogrudan da qeyd elemeye deyer. Men de darixdim lap mekteb illeri ucun sinif yoldaslarim ucun…..

  3. ЧОХ КОВРЕЛДИМ АЛИСУЛТАН РАХМАТЛИК АГАСЕФ БАБАНЫН ОГЛУ,ЯГЫН ХИКМЕТ ДЕ ВАЕНКОМАТДА ИШЛЕЙЕНДИ,АГАЙЕВ

  4. Men de hamini 25-illik munesibetle tebrik edirem.Hormetli Elihuseyn muellime ve Elisultana, bu tedbiri tewkil etdikleri ucun oz derin minnetdarliqimi bildirirem.Ozum sizinle olmasam da qelbim hemishe sizinledi…

  5. Yox Ismayil bey O vaenkomatda isleyen deyil.Magaza isledir.Dede qorqud terefde Magazasi var.

  6. Yox Ismayil bey O vaenkomatda isleyen deyil.Magaza isledir.Dede qorqud terefde Magazasi var.

  7. Maraglidie, 25 ilden sora. Xebere gore tewekkurler

  8. Anam – Səbirə müəllimə haqqında yazdığı gözəl sözlərə və xəbəri saytda yerləşdirdiyinə görə zerdab.com saytına öz minnətdarlığımı bildirir, işlərində uğurlar arzulayıram!

  9. sebire mullime menimde sinif muəllimim olub.ona can sagligi arzulayiram.biz 2000 ci il buraxilisi olmusuq onu ve butun mullimlerimizi ve sinif yoldaslarimi salamlayiram

  10. ushaqlar men orda olmasamda sizin bir yerde olmaginiza cox sevindim. teshkilatcilara derin teshekkurlerimi bildirirem.

Comments are closed.