Türkiyədən Zərdab rayonunun Əlvənd kənd sakinini axtarırlar

7
66

istanbul-photoZərdab rayonunun Əlvənd kəndində yaşayadığı bildirilən Cavidan Əliyev axtarılır. Onu axtaran şəxs valideynlərinin tanışıdır. Axtaran şəxs – Arzu Mamedova İstanbulda yaşadığını bildirir. Arzu Mamedovanın məktubunu olduğu kimi təqdim edirik: “Salam. Bağışlayın, sizi narahat edirəm. Mənə köməklik etməyinizi xahiş edirəm. Mən Zərdab rayonunun Əlvənd kəndində rəhmətə getmiş sinif yoldaşımın oğlunu axtarıram. Onunla əlaqə yaratmağımıza köməklik göstərməyinizi xahiş edirəm.  Əgər varsa özünün, yoxdursa tanışlarından birinin nömrəsini yazardınız. Sinif yoldaşımın oğlunun adı Cavidandır, səhv etmirəmsə, bu il məktəbi bitirməlidir. Cavidan 6 aylıq olanda ata-anasını və bacısını avtomobil qəzasında itirib. Nənəsinin himayəsində böyüyürdü. İndi ondan heç bir xəbərimiz yoxdur. Mümkünsə, bizə onunla əlaqə yaratmaqda köməyinizi əsirgəməyin.  Uşağın soyadını, ata adını, adını yazıram – Əliyev Cavidan Telman oğlu. Sag olun”.

Cavidanı tanıyanlardan bu barədə saytımıza məlumat vermələrini xahiş edirik.

 

7 ŞƏRH

  1. Salam. Men Zerdab Rayon Elvend kendinde Muellim isleyirem.Arzu xanim Cavidan kendde yasayir. mektebi bitirib. Demek olar her gun gorurem. eger elaqe yaratmaq isteseniz nece lazimdi komeklik gostere bilerem.

  2. Salam Sexavet muellim. Arzu xanima Cavidanla danismaq ucun elaqe telefonu lazimdir.

  3. SALAM,bir daha onu qeyd edirik ki,CAVIDAN haqda bir neca gun evvel saytin rehberliyine etrafli melumat vermisdik,ARZU xanimin isteyine hormetle yanasiriq,Cavidan onu isteyen yaxin qohumlarin himayesindedir ve tek o ailenin yadigari kimi nezaret olunur.Saytin rehberliyinde menim tel.var,ARZU xanim ozu haqda saytin rehberliyine genis melumat bildirsin,sonra Cavidanla hetta skaypla danismaqa soz veririk.Bir daha uzur isteyirik,Istanbulda ya BAKIDA ve yaxud Sekide her cure xarakterli insanlara rast gelmek oler.Arzu xanim incimesin saq olsun ki,oz dostlarinin tek qalan yadigarini axtarir.Saq olun

  4. Salam.onun mobil telefonu yoxdu, ancaq ev telefon nomresini yaziram—0202926246 ve ya — 01352926246. eqer eleqe yaraqda bilmesez oz mobil nomremi de yaziram—9940504286710(Sexavet).

  5. Butun deyilenlere baxmayaraq siz mullim bir az telesdiz ,yoxlamaq lazim idi her terefli ,i-il evvel olmus hadiseden yeqin ki xeberiniz yoxdu.

Comments are closed.