Zərdabda daha 3 yeni möhtəşəm məktəb binası tikilir – Fotolar

2
33

Mekteb tikintisiZərdab rayonunda köhnə və qəzalı vəziyyətdə olan məktəb binalarının əvəzinə yenilərinin tikintisi davam etdirilir. Məlumat üçün bildirək ki, son illərdə ümumilikdə rayonda 13 yeni məktəb binası tikilib istifadəyə verilib. Hazırda isə Çallı, İsaqbağı və Aşağı Seyidlər kəndlərində yeni məktəb binaları tikilməkdədir. Zərdab RİHB Aparatının informasiya təminatı və təhlil sektorundan Zerdab.com saytına verilən məlumata görə, hazırda həmin binaların tikintisində son tamamlanma işləri görülür.

Zərdab RİHB Aparatının informasiya təminatı və təhlil sektorunun yaydığı məlumatda daha sonra qeyd olunur: “Bu günlər yüksək amallarla yaşayan və növbəti Prezident seçkilərini böyük ruh yüksəkliyi ilə qarşılamağa hazırlaşan zərdablılar onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı cənab İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti, millət vəkili, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya minnətdardırlar”.

Zerdab.com

Mekteb tikintisi

2 ŞƏRH

  1. Salamlar.Men Zerdab Rayon Calli kend sakiniyem Bu gozel ve genis mektebden bizim de kendimizde tikilib istifadeye hazir veziyyetdedi.Son 5 il erzinde Calli kendinde 5 qarabag eliline ev tikilib dogum evi tikilib ve 380 yerik Mekteb tikilib.Buna gore Cenab Prezident Ilham Eliyev cenablarina ve yerli Icar Bascisi Lutveli Babayeve tesekkurumuzu bildirik.

Comments are closed.