Siz Allah xətrimə dəyməyin bu gün

1
61

dünyaTaleyim üzümə gülüb bu axşam,

Qaranlıq könlümə işıq salıb şam,

Dəvətli, dəvətsiz, – gəlib çıxmışam,

Qoyun bir doyunca əylənim, gülüm,

Siz Allah, xətrimə dəyməyin bu gün.

***

Puç oldu gəncliyim haqq sorağında,

Son ucu ölümmüş uca dağın da,

Ömrümün xəzanlı qürub çağında

Hardadı bir də mən görəm toy-düyün,

Siz Allah, xətrimə dəyməyin bu gün.

***

Bu da bir naxışdı, – bu toydayam mən,

Kefim Marsa çıxıb, ya Aydayam mən,

Siz nə haydasınız, nə haydayam mən,

Qəm buzu təzəcə sınır könlümün,

Siz Allah, xətrimə dəyməyin bu gün…

İSAMƏDDİN ƏHMƏDOV

1 comment

  1. Allahin Resuluna bele bir sual veribler.Qelb sindirmaq daha boyuk gunahdir yoxsa Mekkenin divarini sokmek?Cavabinda qelb sindirmaq daha boyuk gunahdir.Neden bilirmisiniz cunki Tanrinin yaratdigi qelbi sindirmaq ne heddimiz.Amma Mekkenin divarlari bir insan terefinden qurulub/Tekce bu gun yox gelin hemise qelbler sindirmayaq.Sindirdigimiz qelbler ucun ise ucaAllah bu gozel ayda bizi bagislasin.Amin

Comments are closed.