
Zərdab rayonunda yeni məktəb binalarının inşası davam edir. Dövlət Proqramına uyğun olaraq, hazırda rayonun Çallı kəndində 360 şagird yerlik məktəb binası tikilir. İsaqbağı kəndində isə 220 şagird yerlik məktəb binasının tikintisi uğurla icra olunur. Zerdab.com saytına verilən məlumata görə, Zərdabda daha bir yeni məktəb binası Aşağı Seyidlər kəndində inşa edilir. Məktəb binası 80 şagird yerlik olacaq. Bu ilin 6 ayında Körpükənd kənd tam orta məktəbinin binasının da əsaslı təmiri başa çatdırılıb.
Yeni inşa olunan məktəb binalarının bu ilin sentyabr ayında istifadəyə veriləcəyi gözlənilir.











Deyilənə görə Çallı məktəbində yeri şirə suyu olduğu üçün çökmələr var. Elə yerdə tikirlər ki, 3 ildən sonra təmirə ehtiyacı olsun
?
Comments are closed.