Zərdabda süd emalı zavodunun açılışı olacaq

0
61

zerdab_sud-zavoduZərdab şəhərindəki köhnə çörək zavodunun yerində inşa olunan yeni süd emalı zavodunun tikintisi başa çatdırılıb. Gündəlik istehsal gücü 20 ton olan zavodun inşasına 1,5 milyon manatdan çox vəsait sərf olunub. Zavodda quraşdırılmış ən müasir texniki avadanlıqlar yüksək keyfiyyətli məhsul istehsalına imkan verəcək. Müəssisə tam istehsal gücü işlədikdə, burada 70 nəfər işlə təmin olunacaq. Zavodun yaxın vaxtlarda istifadəyə verilməsi nəzərdə tutulur.