Zərdab rayonunda çiyid səpininə başlanıldı

0
53

Zərdab rayonunda çiyid səpininə başlanılıb. www.zerdab.com saytına verilən məlumata görə, cari mövsümdə ümumilikdə 1000 hektardan çox sahədə səpin aparılacağı gözlənilir. Bu məqsədlə kifayət qədər şum çıxarılıb, sahələr arata qoyulub. Əksər ərazilərdə, xüsusilə daha çox pambıq yetişdirilən Bəyimli, İsaqbağı, Şahhüseynli və bir sıra digər ərazi vahidlərində ilk günlərdən səpin daha mütəşəkkil aparılır.
Son illər Zərdab rayonunda təsərrüfatın ənənəvi sahəsi olan pambıqçılığa diqqət xeyli artırılıb. Təsadüfi deyildir ki, ötən il əkin sahəsi inişilkinə nisbətən 290 hektar artırılaraq 912 hektara çatdırılıb. Rayonda 2011-ci ildə 556 ton pambıq istehsal olunub. Bu da əvvəlki ildəkindən 285 ton çoxdur. Hazırda pambıqçılıqla məşğul olan torpaq mülkiyyətçiləri gələcək yüksək məhsuldarlıq üçün vacib şərt olan səpin kampaniyasının optimal müddətdə və aqrotexniki qaydalar əsasında keçirilməsi üçün bütün qüvvələri səfərbərliyə alıblar.

www.zerdab.com