“Lider” telekanalında yarışan həmyerlimiz növbəti mərhələdə – İFA

1
57
Eltac İbrahimov
Həmyerlimizə dəstək olmaq üçün “Azercell” nömrələrindən mesaj yerinə Eltac yazıb 1 səs üçün – 93212 nömrəsinə, 10 səs üçün – 93229 nömrəsinə, 30 səs üçün – 93230 nömrəsinə SMS göndərə bilərsiniz.

“Lider” telekanalında yayımlanan “Milli səs” yarışmasında Zərdab rayonunu təmsil edən Çallı kənd sakini, gənc ifaçı Eltac İbrahimov ötən gün yetərli səs toplayaraq növbəti mərhələyə adlayıb. Eltac İbrahimov Zerdab.com saytına açıqlamasında ona səs verənlərin, dəstək olanların hər birinə təşəkkür edib.

Bildiyiniz kimi, bu yarışmada qalibləri SMS müəyyənləşdirir. Odur ki, həmyerlimizi bu yarışmanın növbəti mərhələsində də dəstəkləməyi unutmamalıyıq.

Bunun üçün “Azercell” nömrələrindən mesaj yerinə Eltac yazıb 1 səs üçün – 93212 nömrəsinə, 10 səs üçün – 93229 nömrəsinə, 30 səs üçün – 93230 nömrəsinə SMS göndərə bilərsiniz. Həmyerlimizə uğurlar arzulayırıq.

Zerdab.com saytı Eltac İbrahimovun “Milli səs” yarışmasındakıdünən etdiyi ifanı təqdim edir. Videonu Zerdab.com saytı üçün hazırladı Elvin Kazımzadə.

 

 

1 comment

  1. Salam deyerli hemyerlilerimiz.Bu xeberi saytdan oyrendim cox xos oldu.Hemyerlimize ugurlar arzulayiriq.Allah komek olsun.Biz ses gondere bilerik?Xahis edirem cavab yazasiz.Novbeti proqram ne vaxt olacaq?

Comments are closed.