Zərdabda ilk dəfə seçkilərdə iştirak edəcək gənclər üçün təlim keçirilib

1
55

Region Gənclərinin İnkişafına töhfə İctimai Birliyi2 oktyabır 2013-cü il tarixdə Zərdab rayon Mədəniyyət Evində “Region Gənclərinin İnkişafına töhfə” İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “İlk dəfə seçkilərdə iştirak edəcək gənclər arasında maarifləndirmə işlərinin aparılması” adlı layihəsinin icrası məqsədi ilə təlim keçirilib. “Region Gənclərinin İnkişafına töhfə” İctimai Birliyindən Zerdab.com saytına verilən məlumata görə, layihənin əsas məqsədi seçkilərdə ilk dəfə iştirak edəcək gənclərə diqqəti daha da artırmaq və onların seçki maarifləndirilməsinə kömək etmək, region gənclərinin ictimai fəallığının artırılmasına dəstək olmaqdır. Zərdab rayon Gənclər və İdman İdarəsinin və 92 saylı Zərdab-Ucar dairə seçki komissiyasının nümayndələrinin iştirak etdiyi təlimdə Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının Seçki Məcəlləsində nəzərdə tutulan seçkilərdə iştirak hüquqları ilə bağlı ətraflı məlumat verilib.

Tədbirdə çıxış edən Zərdab Rayon Gənclər və İdman İdarəsinin rəisi İlkin Əliyev ölkəmizdə keçiriləcək Prezident seçkiləri ərəfəsində gənclərin, xüsusilə də ilk dəfə seçkilərdə iştirak edəcək gənclərin səsvermədə aktivliyinin artırılması və onların müstəqil seçim hüquqlarının izahı baxımından bu kimi tədbirlərin önəmindən danışıb.

Tədbirdə təlimçilər tərəfindən gənclərin səsvermədə iştiraklarının önəmi, seçki məntəqələrində davranış qaydaları və səsvermə zamanı müstəqil seçim hüququna malik olmaları barədə maarifləndirici informasiyalar verilib..

Mövzuya uyğun çap olunmuş bukletlər, üzərlərində “9 oktyabır Prezident seçkilərində iştirak edək” şüarları yazılmış köynəklər və papaqlar da paylanıb.

Sonda bildirilib ki, təlim kursu bir neçə gün davam edəcək və rayon ərazisində ilk dəfə seçkilərdə iştirak edəcək gənclərin əksər hissəsi təlimlərə cəlb olunacaq.Region Gənclərinin İnkişafına töhfə İctimai Birliyi

Region Gənclərinin İnkişafına töhfə İctimai Birliyi

1 comment

  1. genclerin geleceyini dusunen birlik yaradan genclerimizi ireli ceken her bir isle temin eden ali bas komandamiz Ilham Aliyeve ses verek

Comments are closed.