Zərdabda qələbə yürüşü; İlham Əliyevin seçkilərdə qələbəsi qeyd olundu

1
37

Zerdab92 saylı Zərdab-Ucar seçki dairəsinin Zərdab rayonu ərazisində 9 oktyabr prezident seçkiləri mütəşəkkil, azad və demokratik şəraitdə keçib.  Zerdab.com saytının məlumatına görə, bu fikirlər Zərdab RİHB Aparatının informasiya təminatı və təhlil sektorunun yaydığı məlumatda öz əksini tapıb. Bildirilib ki, rayon üzrə 42 seçki məntəqəsində səs verən 33074 seçicinin 75 faizə qədəri səsvermədə iştirak edib. Zərdablı seçicilərin 83,5 faizi ölkə prezidenti cənab İlham Əliyevin namizədliyini dəstəkləyib. Bununla da onlar Azərbaycanın və Azərbaycan xalqının daha qüdrətli və daha nurlu sabahına səs veriblər.

Dövlət başçısı İlham Əliyevin prezident seçkilərində parlaq qələbəsi Zərdabda geniş konsert proqramı və kütləvi şənliklərlə qeyd olunub, üzərlərində dövlətimizin və Yeni Azərbaycan Partiyasının bayraqları dalğalanan avtomobil karvanı şəhərin mərkəzi prospekt və küçələrində qələbə sevincini qeyd ediblər.

 Zerdab.com

ZerdabZerdabZerdabZerdabZerdabZerdabZerdabZerdabZerdabZerdabZerdabZerdabZerdabZerdabZerdab

1 comment

  1. Tebrikler Zerdab camati.Zerdablilara esq olsun !!!Hemseki kimi qelebe yene bizimledi!!!

Comments are closed.