Həmyerlimiz Məzahir Məzhərin şeirləri

0
14628

Həmyerlimiz Məzahir Məzhərin (Qarayev) şeirləri. Məzahir Məzhər (Qarayev) Zərdab rayonunun Qoruqbağı kəndində anadan olub. Hələ orta məktəbdə oxuyarkən ədəbiyyata, şeirə xüsusi maraq göstərib. Bu maraq onu qısa təmsillər və şeirlər yazmağa həvəsləndirib. Şair 70-ci illərin əvvəllərindən Zərdab rayonunda çıxan “Pambıqçı” qəzetində dərc olunmağa başlayıb. Sonralar “Mingəçevir işıqları”, “Abşeron”, “Qabaqcıl texnika uğrunda” qəzetlərində təmsilləri dərc edilib. Məzahir Məzhər (Qarayev) Zerdab.com saytına açıqlamasında deyib ki, həyatda rast gəldiyi neqativ halları təmsillərində canlandırmağı çox sevir və bunu özünə borc bilir. O, şeir və təmsillərindən bəzilərini Zerdab.com saytına təqdim edib. Biz də öz növbəmizdə həmyerlimizə uğurlar arzulayırıq.***

Fərq

 Dağlar üçün nə fərqi,

Daşı ağlı, qaralı.

Məzarlıqda fərqə bax,

Burda daşla seçilir,

Kim kasıbdı, kim varlı.

***

Kirkirə dünya

 Dünya böyük kirkirədi,

Altı yerdi, üstü göydü.

Kim deyir ki, fırladanı

İndiyəcək kimsə gördü…

***

Ərizəbaz

 Ərzəbaza dedilər

– Sənin əlindən anan

Artıq batıbdır yasa.

Dedi: – deyə bilmərəm

Əlimdə fakt olmasa.

***

Tülkünün yalanı

 Tülkü bir gün Pələngin

Artıq ovundan yedi.

Söz düşəndə Pələnglə

Çörək kəsmişəm dedi.