Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov ünvanlı sosial yardımların təyin olunması və ödənişi işlərində hər hansı neqativ hala yol verilməməsi və şəffaflığın təmin olunması ilə bağlı rayon və şəhər əhalinin sosial müdafiəsi mərkəzlərinin direktorlarına ciddi tapşırıqlar verib.
Zerdab.com xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin rəisi Çingiz Əliyev ünvanlı dövlət sosial yardımlarının təyinatı və ödənişində şəffaflığın təmin olunması ilə bağlı mətbuat nümayəndələri üçün keçirdiyi brifinqdə deyib.
O bildirib ki, bu sahədə ötən müddətdə yol verilmiş nöqsanların, korrupsiyaya şərait yaradan halların aradan qaldırılması, şəffaflığın təmin olunması istiqamətində nazirliyin yeni rəhbərliyi tərəfindən artıq müvafiq tədbirlərə başlanılıb. Ç.Əliyevin sözlərinə görə, aztəminatlı əhali qrupları bu tədbirlərin müsbət nəticələrini yaxın vaxtlarda hiss edə biləcəklər: “Bu tapşırıqların icrası daim diqqətdə saxlanılacaq və yardım üçün müraciət edən vətəndaşlarla münasibətlərdə korrupsiya əməlinə yol verən əməkdaşlarla bağlı ciddi tədbirlər görüləcək. Bundan əlavə, mövcud sahədə hüquq-mühafizə orqanları ilə müvafiq nəzarət formalarının tətbiq olunması məqsədilə söhbətlər aparılıb və yardımların təyinatı işlərində qanunsuzluğa yol verən əməkdaşların ifşa olunaraq cəzalandırılması üçün birgə tədbirlər həyata keçiriləcək”.
Ç.Əliyev görüləcək tədbirlərin daha effektli nəticələr verməsi üçün ünvanlı yardım alacaq 134 mindən artıq ailəyə müraciət edib. O bildirib ki, təyin olunmuş yardımların alınması üçün onlara banklar tərəfindən verilmiş plastik kartları heç bir halda mərkəz əməkdaşlarına verməsinlər. Çünki bu ünvanlı yardımlar dövlət tərəfindən aztəminatlı ailələr üçün ayrılır və onlar bu vəsaitləri öz maddi ehtiyaclarına sərf etməlidirlər: “Heç bir əməkdaş vətəndaşları onlara təyin olunmuş yardımı onlarla bölüşməyə təhrik edə, yaxud əks halda onları yardım almaq hüququndan məhrum edə bilməz. Həmin vətəndaşlar əhalinin sosial müdafiəsi mərkəzlərində yardım təyinatı müqabilində onlarla aparılan hər hansı qanunsuz sövdələşmələrə getməməli və belə hallarla üzləşdikləri təqdirdə nazirliyin 142 – Qaynar xəttinə, yaxud (012) 595 53 81, (012) 595 04 28 və (012) 595 04 26 nömrəli telefonlara müraciət etməlidirlər”.
sosial mudafie acdirmaq ucun hansi senedler lazimdir?Ve hansi idareye teqdim olunmalidir?
Sosial yardim ucum hansi senedlri toplamaliyam
kredit odeyenlere sosial yardim dusurmu?
Men mehman ibrahimov xizi rayon wurabad kend sakini sosial yardim ala bilmirem 3 evladim var daimi iw yerim yoxdur einciliknen mewqulam senedlerimi hazirlayib kondermiwem etibarnameynen dawqa wexsin mawini surduyume gore mene yardim duwmur xaiw edirem bu iwe baxin.tel.050.591 02 95
Mən Şabran rayonunun Baş Əmirxanlı kəndində yaşayıram.2013 ilin sentyabr ayında sosial yardım almaq ücün müraciıt etmişəm. İkinciqrup əliləm, iki azyaşlı uşagım var, həyat yoldaşım işləmir. May ayında mənə imtina məktubu göndərilib. Səbəb göstərilib ki, atanla, qardaşlarınla birgə yaşayırsan. Mən atamla birikdə ona görə yaşayıram ki, ev tikməyə imkanım yoxdur və atamın yanında kirayəci qismində yaşayıram.Yardıma mənim iki azyaşlı uşağımın ehtiyacı varş Atam onları təmin etmıyı borcludurmuş. Ailıdə yaçayan digər qardaşımın uşağı olduqda ona da məcburiyyət qarşısında bizimlə birgə yaşadığı ücün sosial yardım verilmıyıcıkmi? Kəndimizdə sosial yardım alanların hec biri göstərilən tələblərə cavab vermir.Amma yardım alırlar, cünki yerli məmurların tələbinə cavab vermişlər.
salam. ailede 4 neferik-men,yoldasim,2usaq.yoldasim islemir,usaqlar 4-5 yaslarindadir. ozum fehleyem.heftede 1-2 gun ish tutub o qapida bu qapida islemek ancaq olur.Gunu 15-16 manata.(Ayda 110-120 manat). sosial yardim ala bilmirem. nece ede bileremki sosial yardim alim? dovlete qazandigim qazancla vergi vermeklemi ve ya daha nece? zehmet olmasa aydinliq getirerdiniz!!!
mobil 055 870 10 19
Mənim daimi iş yerim yoxdur evliyem bir övladım var yoldaşımda işlemir sosiyal yardim ala bilərəmi?
Huseyinov perviz terefinden hemselik isyerim yoxdur fehleyem is yoxdur 8manat pul alirdim usaqlarim acindan olur mene artiq pul yazmilar aciqa dusubler cunku men onlardeyenle razilasmiram kartimi
Comments are closed.