Ölkəmizdə boşanmaların artması faktı təəssüf ki, Zərdab rayonundan da yan keçmir. Hər halda əlimizdə olan rəsmi statistika bu qənaətə gəlməyə əsas verir. Zerdab.com saytı xəbər verir ki, Zərdab rayon Statistika İdarəsinin rəsmi məlumatına görə, bu ilin 9 ayı ərzində Zərdab rayonunda 54 boşanma qeydə alınıb. Sözügedən müddətdə rayonumuzda ümumilikdə 281 nikah qeydə alınıb.
Zerdab.com saytına verilən məlumata görə, oktyabrın 1-i vəziyyətinə Zərdab rayonunda əhalinin sayı – ilkin hesablamalara görə, 55 min 715 nəfər olub. Əhalinin 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.
Bu ilin 9 ayı ərzində Zərdabda 580 doğum, 250 ölüm qeydə alınıb. Təəssüf ki, ölənlərdən 6 nəfəri 1 yaşa qədər olanlardır.








