Nəfsimiz bizləri oda salıbdı

0
48

nəfsDünya malı dünyanınkı olubdu,

Biz isə o varın niyyətindəyik.

Nəfsimiz bizləri oda salıbdı,

Düşmüşük, biz onun söhbətindəyik.

***

Əzəldən olmuşuq tamahın qulu,

Toplayır sərvəti, yığırıq pulu,

Tükənmir nəfsimiz, bağlanmır yolu,

Gedirik, şeytanın xidmətindəyik.

***

Halal nədir, haram nədir, bilmirik,

Toplayırıq, gətiririk, tikirik,

Nəfsimizlə bizlər nələr etmirik,

Bilmirik Allahın lənətindəyik.

***

Dostlar, aldanmayın dünya varına,

Çoxları düşübdü onun toruna,

Əlniyyət, zor gələr nəfsin zoruna,

Deyək ki, o zorun qüdrətindəyik?

 

Əlniyyət Əliyev

Zərdab Rayon Mədəniyyət Evinin bədii rəhbəri.