Millət vəkilimiz Jalə Əliyevaya bayram təbriki

0
39
Jalə Əliyeva
Jalə Əliyeva. Milli Məclisin deputatı,
Filiologiya elimləri doktoru, BDU-nun professoru.

Dəyərli  millət vəkilimiz, Jalə xanım!
Başda Nurəngiz  xanım olmaqla Sizi və bütün ailə üzvlərinizi qarşıdan gələn “Yeni il” və “Dünya azərbaycanlılarının həmrəyliyi günü” münasibətilə səmimi qəlbdən təbrik edir, sağlamlıq, xoşbəxtlik və ana yurdumuz – Zərdabımızın inkişafı və problemlərinin aradan qaldırılması istiqamətindəki deputat fəaliyyətinizdə uğurlar arzulayıram. Ümid edirəm  ki, bütün zərdablıların, xüsusən də kənd sakinlərimizin bir nömrəli problemi və həll edilməsi ən böyük arzuları olan qazlaşma probleminin (rayonumuzun bu sahədə əksər rayonlarımızla müqayisədə çox geridə qalması təəssüf doğurur)  murad ili – 2014-cü ildə həlli istiqamətindəki məhsuldar fəaliyyətiniz bizləri sevindirəcək və bununla da deputatımız olaraq Sizə olan inam və etimadımız daha da artacaq. Əminik ki, növbəti ildə aidiyyatı təşkilatlar qarşısında bu məsələni çox ciddi şəkildə qaldıracaq və müsbət nəticəyə nail olacaqsınız.
Bir daha Sizə ən xoş arzularımı bildirirəm. Uca Tanrı çöhrənizdəki, qəlbinizdəki  nuru və gözəlliyi heç zaman azaltmasın. Amin!

Təbriklərə Zerdab.com saytı da qoşulur.

Dərin hörmətlə, Qurban Süleymanov – Şahhüseynli