Zərdab rayonunda çempionat keçiriləcək – ANONS

0
175
Zerdab rayonu
Yarışda iştirak könüllüdür

Zərdab Rayon Gənclər və İdman İdarəsi və “Region Gənclərinin İnkişafına Töhfə” İctimai Birliyi tərəfindən Paintball idman növü üzrə Zərdabda açıq rayon çempionatının keçirilməsi məqsədi ilə birgə tədbirlər planı təsdiq edilib. Bu barədə Zerdab.com saytına Zərdab Rayon Gənclər və İdman İdarəsindən məlumat verilib. “Adrenalin, əyləncə və idmanın vəhdətini özündə cəmləşdirən “Paintball” idman oyunu yeni yaranmasına baxmayaraq, dünyada ən cox maraq göstərilən idman növlərindəndir. Xüsusi döyüş silahları boya tərkibli mərmilərlə qoruyucu geyim formasında komandalar şəkilində oynanılan “Paintball” idman oyunu Zərdab rayonunun gənclərinin xüsusi marağına səbəb olacaq. Gənclərdə döyüş əzmini artıran və döyüş hazırlığını təkmilləşdirən bu idman növü hərbi vətənpərvərlik ruhunun yüksəldilməsi ilə yanaşı, eyni zamanda gənclərimizin asudə vaxtlarının səmərəli keçirmələri məqsədi ilə təşkil olunur. Yarışlar regionda ilk dəfə olaraq Zərdab rayonunda təşkil olunur və Bakı şəhərindən dəvət olunmuş hakimlər heyəti tərəfindən idarə olunacaq”,-deyə məlumatda bildirilib.

Açıqlamada o da bildirilib ki, yarışda iştirak könüllüdür və keçirilmə tarixi yarışda iştirak etmək ücün müraciət edən gənclərin say tərkibindən asılı olaraq müəyyən ediləcək.

Yarışlarda iştirak ücün qeydiyyat 15 yanvar 2014-cü il tarixdən başlanıb. Qeydiyyat və əlavə məlumatlar ücün əlaqə telefonları:

020 29 6 41 09

051 337 61 54