Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzində “20 Yanvar Hüzn günüdür “ adlı tədbir keçirilib. Zerdab.com saytına verilən məlumata görə, tədbiri giriş sözü ilə açan Mərkəzin direktoru Könül Həsənova qədimdən xalqımızın başına gətirilən fəlakətlərdən danışaraq 20 Yanvarın tək Hüzn günü deyil, həm də xalqımızın milli şərəf günü olduğunu vurğulayıb. Tədbirdə Mərkəzdən bəhrələnən uşaqlar “Şəhid oğlum” adlı kompozisiya ilə çıxış ediblər. Tədbirin sonunda iştirakçılara 1990-cı il 20 yanvar hadisələri ilə bağlı videoçarx təqdim olunub. Tədbir iştirakçıları şəhidlərin xatirə parkını ziyarət edərək 20 yanvar abidə kompleksi önünə gül dəstələri qoyublar.












