Zərdabın Pərvanlı kəndində möhtəşəm məktəb kompleksi tikilir

0
39
Foto: www.zerdab.com

“Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq Zərdab rayonunun Pərvanlı kəndində 180 yerlik məktəb kompleksi inşa edilir.
İş icraçısı Ədalət Ağamalıyev www.zerdab.com saytına açıqlamasında deyib ki, məktəb Təhsil Nazirliyinin sifarişi, Heydər Əliyev Fondunun dəstəyi hesabına inşa edilir. Ədalət Ağamalıyev inşaat işlərində 22 nəfərin çalışdığını söyləyib. Onun sözlərinə görə, 2 mərtəbəli məktəbdə idman zalı, qazanxana, yanğından mühafizə üçün hovuz, 1 nasosxana anbarı, kimya-fizika laborotoriyası
və s. olacaq. İdman zalında bütün avadanlıqlar quraşdırılacaq.
www.zerdab.com saytı xəbər verir ki, müasir standartlara cavab verəcək möhtəşəm məktəb-kompleksin ümumi dəyəri 1 milyon 16 min 470 manatdır. İndiyədək burada 465 min manatlıq tikinti işləri aparılıb.
Qeyd edək ki, inşasına ötən ilin sentyabr ayından başlanmış məktəb cari ilin sentyabr ayında istifadəyə veriləcək.

Hazırladı: Nicat İsmayılov/ www.zerdab.com

FOTOLAR:

Foto: www.zerdab.com

Foto: www.zerdab.com