Zərdabda 2 şəhər tipli, 5 kənd tipli yaşayış yeri qeydə alındı-ANONS

0
51
Taleh Əliyev
Taleh Əliyev (solda) Salyan rayonu ərazisində arxeoloji tədqiqat işləri zamanı.

Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işçisi Zərdab rayonunda arxeoloji səfər zamanı çöl-tədqiqat işləri aparıb. Zerdab.com saytı xəbər verir ki, çöl-tədqiqat işlərini İnstitutun elmi işçisi Əliyev Taleh Vasif oğlu aparıb. Taleh Əliyev Zerdab.com saytına verdiyi açıqlamada deyib: “2013-cü ildə Zərdab rayonu ərazisinə arxeoloji səfərimiz zamanı çöl-tədqiqat işlərində rayon ərazisində iki şəhər tipli və beş kənd tipli yaşayış yeri qeydə alınmışdır. Ümumiyyətlə onu deyim ki, Zərdab rayonunun tarixi-arxeoloji abidələri ərazidə, əsasən, su mənbələrinə yaxın yerlərdə yerləşmişdir”.

Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işçi Əliyev Taleh Vasif oğlu 2013-cü ildə Zərdab rayonu ərazisində aparılan çöl-tədqiqat işləri barədə “Zərdab rayonunun tarixi – arxeoloji abidələri haqqında (IV – XIII əsrlər)” adlı çox maraqlı məqaləsini Zerdab.com saytına təqdim edib. Taleh müəllimin razılığını alaraq, yazıdakı maraqlı faktları əvvəlcə saytımızda hissə-hissə yayımlayacağıq. Ən sonda isə yazı saytımızda bütöv şəkildə yayımlanacaq ki, tarixə bu formada da düşsün. İnanırıq ki, məqalə hər kəsin marağına səbəb olacaq. Biz də öz növbəmizdə Taleh müəllimə uğurlar arzulayırıq.

Zerdab.com