Süleyman İsmayılov: “Zərdabdan bəzi müraciətlər azalıb”

0
63
Süleyman İsmayılov
Süleyman İsmayılov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri

“Ötən il şəhər və rayon icra hakimiyyətlərinin fəaliyyəti mövzusunda müraciətlər 2012-ci illə müqayisədə Ağstafa, Balakən, Beyləqan, Xəzər, Xocavənd, Şamaxı, Zəngilan və başqa rayonlarda artıb, 59 şəhər və rayonda isə göstərilən mövzuda azalma olub”. Zerdab.com saytı xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun dərc olunmuş hesabat xarakterli məqaləsində bildirilib.

2013-cü ildə vəzifəli şəxslərin fəaliyyəti ilə bağlı müraciətlərin sayı Bakı, Şəki, Beyləqan, Biləsuvar, Kürdəmir, Qobustan, Lerik, Tovuz, Yardımlı, digər şəhər və rayonlarda artsa da, əksər şəhər və rayonlarda, o cümlədən Gəncə, Lənkəran, Ağcabədi, Ağdam, Ağdaş, Binəqədi, Cəlilabad, Culfa, Hacıqabul, Xətai, Xəzər, Qusar, Laçın, Ordubad, Samux, Siyəzən, Şəmkir, Şərur, Tərtər, Yasamal, Zərdab, digər şəhər və rayonlarda belə müraciətlər azalıb.

Prokurorluq orqanlarının fəaliyyəti ilə əlaqədar daha az müraciət Naxçıvan MR-in rayonlarından, Naftalan, Şəki, Şirvan, Ağstafa, Ağsu, Balakən, Hacıqabul, Xızı, Xocalı, Xocavənd, İsmayıllı, Qax, Qobustan, Oğuz, Salyan, Samux, Siyəzən, Şabran, Yardımlı, Zaqatala, Zərdab, digər şəhər və rayonlardan  daxil olmuşdur.

Zerdab.com