Bir günün içində yox olan şəhər… – ESSE

12
95

Xocalı

…Polşa faşist Almaniyası ilə SSRİ arasında bölündükdən sonra 1940-cı ildə 22 minə yaxın polyak hərbçi, məmur və ictimai xadim gizlincə güllələndi . Onlardan 4500-ü Smolensk yaxınlığındakı Xatın meşəsində xüsusi amansızlıqla qətlə yetirildi. Bu qətl haqqında təfsilatı ilə məlumatlanan bütün sülhsevər bəşəriyyət hər il Xatın faciəsi qurbanlarının xatirəsini ehtiramla yad edərək Böyük Yaradana dua edir ki , tarixdə bir daha belə faciələr baş verməsin. 50 ildən çox davam edən bu duaların təkrarlandığı bir vaxtda yenidən bədənlərdə qan “dondu “ …

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri SSRİ dövründən Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayın zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini işğal etdi. Hücumdan əvvəl fevralın 25-i axşam şəhər toplardan və ağır artileriyadan şiddətli atəşə tutuldu. Fevralın 26-ı səhər saat 5 radələrində Xocalı tam alova büründü. Mühasirəyə alınan şəhərdə qalmış təqribən 2500 nəfər xocalılı Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etdi. Amma bir günün içində yer üzündən silinən şəhəri tərk edən 2500 Xocalı sakinindən 613-ü düşmən gülləsinə tuş gəlib qətliamın qurbanı oldu. Bu soyqırım nəticəsində 63-ü uşaq, 106-ı qadın, 70-ı qoca olmaqla-613 nəfər Xocalı sakini qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi. 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-ı uşaq idi. 1275 xocalılı əsir, 150 xocalılı itkin düşdü…

Görəsən, erməni faşistlərinin bir günün içində yer üzündən sildiyi Xocalıdan “umacaqları” nə idi ? Sonralar erməni tərəfi etiraf etmişdir ki, erməni silahlı dəstələrinin əsas vəzifəsi Xocalı platsdarmının məhv edilməsi, bu məntəqədən keçən Əsgəran-Xankəndi yolunun boşaldılması, aeroportun ələ keçirilməsi idi.

Bəs, Xocalını yerlə yeksan edənlər kimlər idi? Yoxsa o cəlladları da Allah yaratmışdır?! Dünya şöhrətli yazıçımız Çingiz Abdullayev əsərlərinin birində öz qəhrəmanının dili ilə deyir ki, “…hər birimizin qəlbi Allahla Şeytan arasındakı mübarizənin meydanıdır”. Qəribədir , insan ağlı dərk edə bilmir ki, bu faciəni ssenari üzrə icra edənlərin hardasa, şüurunun bir küncündə Allah xofu ola bilər. Qətiyyən yox! Onlar Şeytan meydanında əmr yerinə yetirən xalis “manyaklardır “. Bu “ manyaklar” ancaq Şeytanın mübarizə meydanında “cövlan“ edə bilər! Axı, Xocalını alovlara bürüyənlərlə Xatın faciəsini törədənlərin nə fərqi var?! Xatın meşəsindəki qətliamlar elə Xocalı meşəsində də baş verdi. Haraya kimsə gəlmədi. Ərşə qalxan nalələrə göydə mələklər ağladı. Həmin gün səlahiyyət sahibi “ vicdanlar” susmuşdu. Şeytanın meydanında Şeytana dəstək verənlər meydan sulayırdı.

Qəlbində ədaləti dərk edən , başının üstündə Allahı “ görənlər” bu hadisələri təhlil edərkən –görəsən , bizi Yaradan bizə qarşı belə bir qətliama necə yol qoydu ?-deyə çox düşünüblər . Mənsə bu sualın cavabını sevimli yazıçım Çingiz Abdullayevin yenə bir qəhrəmanının dili ilə dediyi bu ifadədə daha çox qəbul edirəm : “ Allah belə bir mübarizəyə imkam verməklə bizə seçmək hüququ verir “.

Artıq insanlar 74 ildir ki, Şeytanın hökmü ilə Xatın faciəsini, 22 ildir Xocalı faciəsini törədənləri lənətləyirlər. Bilirlər ki, qisas qiyamətə qalmayacaq…

TƏRLAN ABDULLAYEVA, “ƏKİNÇİ”NİN MÜXBİRİ

12 ŞƏRH

  1. Hörmətli Tərlan xanım.Xocalı soyqrımı Azərbaycan vətəndaşlarının tarixində ən faciəli, dəhşətli günlərindən biridir.Həqiqətən də 22 il keçməsinə baxmayaraq Xocalı soyqrımının əsil günahkarları,təşkilatçıları layiqli cəzalarına çatmayıblar.Cinayət cəzasız qala bilməz.Hal-hazırda bu hadisələrdə hər hansı şəkildə iştirakı olmuş şəxslər hələlik öz vicdanları qarşısında cavabdehdirlər,ancaq vaxt gələcəkdir ki, onlar tarixin məhkəməsi qarşısında cavab verməli olacaqlar.Allah bütün şəhidlərimizə rəhmət eləsin.

  2. Hörmətli Tərlan xanım .Xocalı faciəsi təkcə xocalıların yox, bütün Azərbaycan xalqının dərdi, qəmidir.Ona görə də bütün ölkəmizdə kədər günü, hüzn günüdür, matəm günüdür.Bütün həlak olanlara bir daha Allahdan rəhmət diləyir və xocalılara, bütün Azərbaycan xalqına başsağlığı veririk.Xocalılar hamı üçün örnəkdir,nümunədir.Bu qədər faciəli günlər keçirmiş, o dəhşətli, müdhiş gecəni yaşamış,ən əziz adamlarını gözlərinin qabağında itirmiş insanlar məğrurdurlar, mərddirlər. Tərlan xanım məqalənizdə düzgün qeyd etmisiniz qisas qiyamətə qalmayacaq.Məqalənizə görə təşəkkür edirik

  3. Çox sağ olun , Mehparə xanım ! Mən də zəhmət çəkib bu esseni oxuduğunuza və Xocalı faciəsi ilə bağlı öz fikirlərinizi bölüşdüyünüzə görə Sizə təşəkkür edirəm . Mərkəzi kitabxananın sevimli kollektivinə salamlarım daimidir .

  4. Hörmətli Tərlan xanım! Xocalı faciəsi haqqındakı essenizi oxudum. Bu faciə misli görünməmiş bir dəhşət idi. Elə bir dəhşət ki, hələ də iniltisi qulaqlarımızdan getməyib. Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin misilsiz hünəri nəticəsində lentə alınmış dəhşətli kadrları görəndə ermənilərin və rus hərbçilərinin hansı vəhşilikləri törətdiklərinin bir daha şahidi oluruq və başa düşürük ki, bəşər tarixi hələ belə qanlı cinayət görməyib. Düşmənlərin xalqımıza vurduğu bu yaraları, tarixə dönmüş bu cinayəti, riyakarlığı heç kim, heç vaxt unutmasın! Tərlan xanım, Xocalı faciəsi ildönümü ərəfəsində yazdığınız bu yazıya görə Sizə təşəkkür edirəm.

  5. Çox hörmətli , mənim üçün çox dəyərli olan Səbirə müəllimə! Sizi salamlayır və bu esseni oxuduğunuz üçün Sizə təkrar-təkrar təşəkkür edirəm. Mən Sizin bu qeydləri indicə gördüm.Qəlbimdə əminlik qarışıq bir məmnunluq hiss məni duyğulandırdı. Sizin kimi ziyalı , savadlı bir müəllimədən bu mesajı almaq çox xoşdur.

  6. Salam. Sizin şerhleriniz ona göre anonim kimi görünür ki, ad soyad yazılası yere heç ne yazmırsınız. Yazsanız, ele olmaz.

  7. 26 fevral o menfur gece,
    Neler getirmedi Azerbaycana.
    Qanlar axa-axa sele donubdur
    Xocalim qanli bir gole donubdur.

  8. Orta mektebde oxuyarken “Xocali soyqirimi” adli tedbirde anam da istirak edirdi.Soylediyim serden anam cox tesirlenib ve ser yazmisdi.Yadimda yalniz bir bend qalib ve eziz oxucularimizin nezerine catdirmaq isteyirem.
    Nahaq yere gormuremmis men seni,
    Zirvelere cekmiremmis men seni,
    Indi gordum cox qemlenmis men seni,
    Bu qem-keder basqa idi ay qizim.

  9. Can , çox əziz Aise Hatun ! Məni çox duyğulandırdınız .Allah bütün Azərbaycan şəhidləriniə , eləcə də Xocalı soyqırımı qurbanlarına rəhmət eləsin ! Ananızın isə Sizə həsr etdiyi şeirə görə əllərindən öpürəm .

  10. Caniniz sirin olsun Terlan xanim.Meni de sizin serhiniz tesirlendirdi.Amin qeni-qeni.Anamin ellerinden openin qulu,nokeri olmaga haziram.Mende sizin ellerinizden opub cox semimi duygularla qucaqlamaq isterdim.Derin tesekkurler

Comments are closed.