Zərdab sakinləri dəhşətli avtomobil qəzasına düşdülər

3
49

qəzaKürdəmir rayonunda bir nəfərin ölümü, iki nəfərin isə xəsarət alması ilə nəticələnən yol qəzasını baş verib. Zerdab.com-un APA-ya istinadən verdiyi məlumata görə, hadisə bu gün günorta saatlarında Kürdəmir – Zərdab yolunda qeydə alınıb. 10-UV-692 dövlət nömrə nişanlı “VAZ – 2106” markalı minik maşını hərəkətdə olarkən, idarəetməni itirib və işıq dirəyinə çırpılıb.

Nəticədə “VAZ -2106” markalı maşında olan sərnişin, Zərdab rayonunun Şahhüseynli kənd sakini Osmanov Ramin Qərib oğlu dünyasını dəyişib.

Zərdab rayon Osmanobad kənd sakinləri 38 yaşlı Cəfərov Fizuli Namizəd oğlu və 53 yaşlı İbrahimov Yaşar İsmayıl oğlu xəsarət alaraq Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı Kürdəmir Rayon Polis şöbəsində araşdırma aparılır.

3 ŞƏRH

  1. ölənə Allah rəhmət eləsinşşMəkani cənnət olsun…xəsarət alanlarada allah şəfa versin..AMİN..

  2. Bu faciəni eşitdikdə çox sarsıldım. Allah mərhum Ramin qardaşıma qəni-qəni rəhmət etsin, ruhu şad, məkanı cənnət olsun. Həmkəndlisi, qohumu, eləcə də yaxından tanıyan bir insan olaraq onun haqda bu ifadələri işlətmək mənim üçün çox ağırdır.
    Ramin yüksək mərifət və tərbiyəsi, sadəliyi, səmimiyyəti ilə fərqlənən, tanınan, kəndimizin ən dəyərli gənclərindən biri idi. Onun itkisi tək ailəsinin deyil, bütün Şahhüseynli əhalisinin itkisidir.
    Raminin valideynlərinə, həyat yoldaşı və bütün ailə üzvlərinə dərin hüznlə başsağlığı verir, səbr arzulayıram. Uca Rəbbimiz onun övladlarını sağlam və xoşbəxt etsin. Yaralılara isə Allahdan şəfa diləyirəm.
    Taleyin acı qısmətindəndir ki, bu faciə Zərdab-Kürdəmir yolu əsaslı təmir olunduqdan sonra bu yolda kəndimizin gənc sakinlərinin faciəvi ölümü ilə nəticələnən və qısa müddət ərzində təkrarlanan ikinci bədbəxt hadisədir. Bir müddət bundan əvvəl isə mərhum qardaşımız Telman və onun bacısı qızı da bu yolda faciəvi şəkildə avtomobil qəzasından dünyalarını dəyişdilər. Onların da ruhları qarşısında baş əyir, Allahdan rəhmət diləyir, yaxınlarına səbr arzulayıram.
    Allah rəhmət etsin. Amin!
    Dərin hüznlə, Qurban Süleymanov-Şahhüseynli.

  3. tebii kiağır dert ve faciedir,inanın ki hemin olaylardan sonra hele indiye kimi özümüze gele bilmemişik,bilirsiz belke de hemin anlar her şey teze idi,bezen zenn edirdin ki belke yuxudur,ne vaxtsa ayılıb baş verenlerin gerçek olmadı bilinecek,ama zaman keçdikce ve yuxudan oyanmayıb o insanların yoxluğunu daha deqiq duyduqca yaşamak daha da çetinleşir ve maraqsız olur,ama yneylemek lazım dözümlü ve sebrli olmaq lazımdır,Rehmetlik Ramin ölen qezada sağ qalan şofer Fizuli Ceferov da dünen dünyasını deyişdi,inanın ki hem Ramin,hem de Fizuli dünyasını deyişenden yene özüme gele bilmirem,Allah onların da yaxınlarına ve ezizlerine sebr versin,hemçinin de bize !!!

Comments are closed.