Zərdab baş vermiş yol qəzası ilə bağlı TƏFƏRRÜAT

0
2573
zerdab-yol-qezasi.png

Dünən Zərdab rayonunda baş vermiş yol qəzası ilə bağlı təfərrüatlar məlum olub. Qəza “VAZ-2107” markalı avtomobil ağaca çırpılması nəticəsində baş verib.

Zerdab.com saytı xəbər verir ki, hadisə nəticəsində bir nəfər ölüb, bir nəfər xəsarət alıb.

Belə ki, Zərdab rayonunun Qaravəlli kəndində yaşayan Umarov Əmrah Vüqar oğlu idarə etdiyi “VAZ-2107” markalı avtomobillə Zərdab şəhəri Məlik Məhərrəmov küçəsi ilə Füzuli küçəsinin kəsişməsində idarəetməni itirərək yol kəsişməsində olan ağaca çırpılıb.

Nəticədə sərnişin Əliyev Raul Əziz oğlu hadisə yerində almış olduğu xəsarətlərdən ölüb, sürücü isə müxtəlif dərəcəli xəsarətlərlə Zərdab Rayon Mərkəzi Xəstəxanasına müraciət edib.

Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.

Zerdab.com