Diqqət: Kür suyunda biogen maddələr normadan artıqdır

0
39

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz çaylarının çirklənmə vəziyyətini öyrənmək məqsədi ilə aprel ayının üçüncü ongünlüyü üçün apardığı monitorinqin nəticələrini açıqlayıb. www.zerdab.com saytı nazirliyin mətbuat xidmətinə istinadən bildirir ki, monitorinqin nəticələrinə əsasən, Kür çayında su sərfi aprel ayının ikinci ongünlüyünə nisbətən saniyədə 277 kubmetr azalaraq saniyədə 501 kubmetr təşkil edib.
Məlum olub ki, Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayında biogen maddələrin miqdarı normadan dəfələrlə artıqdır. Eyni zamanda, suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələrinin Ağstafaçay su anbarında da yol verilən qatılıq həddini keçməsi müəyyən olunub. Eyni hal Araz çayının Horadiz, Birinci Şahsevən və Bəhrəmtəpədə məntəqələrində də müşahidə edilib.

www.zerdab.com