Rayonumuzun 7 müəlliminə “Əməkdar müəllim” fəxri adı verilib

2
143

MüəllimSon illərdə Prezident İlham Əliyevin imzaladığı sərəncamlara əsasən, Zərdab rayonundan olan müəllimlərə də fəxri adlar verilib. Bu barədə Zerdab.com saytı məlumat yayıb. Belə ki, son illərdə rayonumuzun müəllimlərindən 7 nəfəri “Əməkdar müəllim” fəxri adına layiq görülüb. Bundan başqa, 4 nəfər təhsil işçisinə “Tərəqqi” medalı verilib. Zərdabı təmsil edən 3 nəfər müəllim isə Təhsil Nazirliyinin “Qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif edilib.

Ötən il isə Gəlmə kənd tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi Minəgül Əliyeva Prezident İlham Əliyevin sərəncamına əsasən, “Əməkdar müəllim” fəxri adına layiq görülüb.

Ziyalılarımızı təbrik edir, onlara həm şəxsi, həm də iş həyatında uğurlar diləyirik.

Ümid edək ki, gələcəkdə də rayonumuzun fəxri ada layiq görülən ziyalılarının sayı çox olacaq.

Zerdab.com  

2 ŞƏRH

  1. Minəgül müəllimə,sizi “Əməkdar müəllim” fəxri adı almağınız münasibətilə təbrik edirəm.Sizə həyatın ən gözəl neməti can sağlığı,işlərinizdə yeni uğurlar arzulayıram.

  2. Rayonumuzun bütün müəllimləri fəxri adlara layiqdirlər. Mən bir valideyin kimi bütün muəllimlərin qarşısında baş əyirəm. Arzu edirəm Zərdab rayonunun müəllimləri həmişə önde getsinlər.

Comments are closed.