Baş prokuror Zərdab sakinləri ilə görüşəcək

0
44

Zakir QaralovAzərbaycan Respublikasının baş prokuroru Zakir Qaralov aprelin 25-də saat 11:00-da Mingəçevir Şəhər Prokurorluğunun inzibati binasında Mingəçevir şəhərindən, Zərdab, Yevlax, Bərdə, Ağdaş, Ucar rayonlarından olan vətəndaşların qəbulunu keçirəcəkdir.
Zerdab.com saytının Azərbaycan Respublikası Baş Prokurorluğunun mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və Mingəçevir şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.
Vətəndaşlar yaşadıqları ərazi üzrə şəhər və rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun müraciətlərə baxılması idarəsinin 012 437-28-79 nömrəli telefonu və contact@prosecutor.gov.az elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.

Zerdab.com