
Zərdab rayon sakini Babək Bəşirov idarə etdiyi “Mercedes” markalı minik avtomobili ilə Bakı istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və maşın yoldan çıxaraq hündürlüyü 10 metr olan körpüdən su kanalına düşüb.
Hadisə zamanı avtomobildə sürücü və iki nəfər sərnişin olsa da xoşbəxtlikdən xəsarət alan olmayıb. Hadisə zamanı minik maşını yararsız hala düşüb.
Faktla bağlı araşdırma aparılır.
Zerdab.com