Xəzərdə 1 il 4 ay əvvəl batan Zərdablı iş adamının meyiti tapıldı

11
82
Əhmədov Nofəl Qüdrət oğlu
Əhmədov Nofəl Qüdrət oğlu

Xəzər dənizində 1 il 4 ay əvvəl balıqçı gəmisində batan zərdablı iş adamının meyiti tapılıb. Zerdab.com saytının APA-ya istinadən məlumatına görə, 1973 – cü ildə Zərdab rayonunun Burunlu kəndində anadan olan Bakı şəhərində yaşayan Əhmədov Nofəl Qüdrət oğlu 2012 – ci il dekabr ayının 29 – da 5 nəfərlik kiçik tutumlu balıqçı gəmisi ilə Azərbaycandan Qazaxıstana yola düşüb və gəmi Qazaxıstanın Aktau limanı yaxınlığında batıb.

Aparılan axtarışlar nəticəsində gəmi tapılsa da, batan şəxslərin meyiti tapılmayıb.

2014 – cü ilin aprel ayında N. Əhmədovun ailə üzvlərinə Xaçmaz rayonunda naməlum məzar olduğu barədə məlumat verilib. Mərhumun ailə üzvlərinin sözlərinə görə, onlara məlumat daxil olduqdan sonra onlar Xaçmaz rayonuna yollanıblar. Rayon Prokurorluğu ilə görüşdükdən sonra məlum olub ki, 2013 – cü ilin avqust ayında gəminin batdığı yerdən təxminən 340 kilometr aralıda dəniz sularında naməlum meyit tapılıb və Xaçmaz rayon ərazisində dəfn edilib. Aparılan araşdırmalardan sonra həmin məzarın N. Əhmədova aid olduğu təsdiqlənib.

Dünən Nofəl Əhmədovun meyiti Xaçmaz rayonundakı məzardan çıxarılaraq, doğulduğu Zərdab rayonunun Burunlu kəndinə gətirilib və dəfn edilib.

Qeyd edək ki, mərhum Nofəl Əhmədov ailəli olub və 2 ödladı var.

Allah rəhmət eləsin.

Zerdab.com

11 ŞƏRH

  1. Allah rehmet elesin,yaxlnlarlna sebr versin.Nofel en yaxşl ne varsa ona laiq olan insan idi.Vetenperver oglan idi.Cox insanlara kömeklikler edib yardlmlar gösterib.Allah günahlarln baglşlasln

  2. Allah sene rehmet etsin Nofel emi. qebrin nurla dolsun. biz hecbirimiz bu gerceyi qebul ede bilmirik. Allah hamim iza sebr versin.senin sag olmagindan biz umud edib senden sad xeber gozleyirdik ama… her zaman xow xatirelerimizde yawayacaqsan

  3. Nofel qardas allah sene rehmet elesin qebrin nurla dolsun heqiqetende qardasliga layiq insan idin her zaman bizim komeyimizde durmusdun elbette senin bu xeberinde bizi cox uzdu ne edek dunyadi her birimiz dunyadan koceceyik ama bele agir derdle kocmeyini hec isdemezdik neyniyek talehin bele yazilibmis bir daha deyirik allah sene rehmet elesin qebrin nurla dolsun

  4. Dogurdan Nofel cox yaxsi oglan olub.Genis ureyi var idi…QOHUMLARI YAXINLARI FEXR ETSINLER KI,NOFEL KIMI BIR QOHUMLARI YAXINLARI BU HEYATDA YASAYIB VE YASADIGI MUDDETDE HER KESIN HORMETINI QAZANIB………………
    ALLAH REHMET ELESIN…..

Comments are closed.