Zərdabi irsinə layiqli töhfə

8
64
Eldəniz Həsənov, Kənd təsərrüfatı üzrə fəlsəfə doktoru, Beynəlxalq ekoenergetika akademiyasının professoru, Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Eldəniz Həsənov,
Kənd təsərrüfatı üzrə fəlsəfə doktoru, Beynəlxalq ekoenergetika akademiyasının professoru, Azərbaycan Jurnalistlər Birliyinin üzvü

“Həsən bəy Zərdabi irsi: keşməkeşli həyat yolu” adlı monoqrafiya ölkə ictimaiyyətinin böyük marağına səbəb olmuşdur!

Həsən bəy Zərdabinin fundamental tədqiqatçısı Eldəniz Həsənovun təzəcə işıq üzü görmüş “Həsən bəy Zərdabi irsi: keşməkeşli həyat yolu” adlı monoqrafiyası ölkə ictimaiyyətinin, alim və ziyalılarımızın, Zərdabisevərlərin, Zərdabişünasların böyük marağına və diqqətinə səbəb olmuşdur. Müəllifin bu dəyərli tədqiqat əsəri hazırda mətbuat orqanlarında işıqlandırılmaqda davam edir.

Buna misal olaraq, 06.05.2014-cü il tarixində “Kaspi” qəzetində dərc olunan “Zərdabi irsinə layiqli töhfə” başlıqlı yazını olduğu kimi diqqətinizə çatdırmaq istərdik.

Zərdabi irsinə layiqli töhfə

06.05.2014: “Kaspi”qəzeti

Həsən bəy Zərdabi irsi: keşməkeşli həyat yolu“Milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin həyat və fəaliyyətindən bəhs edən sanballı tədqiqat əsəri işıq üzü görüb. «Həsən bəy Zərdabi: keşməkeşli həyat yolu» adlanan nəfis tərtibatlı kitabın müəllifi 1958-ci ildə Zərdab rayonunun Dəli Quşçu kəndində anadan olmuş, ziyalı ailəsində tərbiyə almış, böyüyüb boya-başa çatmış bir insan, kənd təsərrüfatı üzrə fəlsəfə doktoru, Beynəlxalq Ekoenergetika Akademiyasının ekologiya üzrə professoru, Zərdabişünas Eldəniz Əli oğlu Həsənovdur.
Müəllifin gərgin zəhmət tələb edən çoxillik tədqiqatları, əldə etmiş olduğu bilgilər, arxiv sənədləri əsasında ilk dəfə olaraq Zərdabinin nəsil şəcərəsi tərtib olunmuşdur. O, tərtib etdiyi şəcərədə əks olunan insanların başına gətirilən faciəli hadisələrin, onların keşməkeşli həyat yollarının tarixi şərhini vermiş, eyni zamanda Zərdabinin, Zərdabi ocağından çıxanların, habelə bu nəsildən olan insanların o zaman xalqının, millətinin tərəqqisi, rifahı naminə gördükləri elmi-təcrübi işləri, ideyaları, tövsiyələri, xeyriyyəçilik hərəkatını diqqətə çatdırır və bu işlərin müasir dövrdə böyük aktuallıq kəsb etməsindən, müstəqil Azərbaycan Respublikasında uğurla həyata keçirilməsindən söhbət açır.

Qeyd edək ki, E.Həsənov 9 kitab və monoqrafiyanın, bir neçə tövsiyənin, 150-dən çox elmi-publisistik məqalənin, o cümlədən müxtəlif elmi-praktik konfrans və seminarlarda mətbuatda, radio-televiziya verilişlərində yüzlərlə çıxış, məqalə və məruzələrin müəllifidir. Həsən bəy Zərdabi irsinin tanınmış, fundamental tədqiqatçılarındandır. Kitab geniş oxucu kütləsinin marağına səbəb olacaqdır”.

Fuad

Eyni zamanda diqqətə çatdırırıq ki, Zərdabi nəslinin şəcərəsini işıqlandıran bu dəyərli, nəfis tərtibatlı kitabın təqdimat mərasimini səbirsizliklə gözləyənlər, bilavasitə Zərdabi nəslinin nümayəndələri zerdab.com saytı vasitəsilə kitabın müəllifi, görkəmli tədqiqatçı alim Eldəniz Həsənova öz dərin təşəkkürünü bildirməkdə davam edirlər.

Biz də öz növbəmizdə hörmətli professor, Zərdabişünas Eldəniz Həsənovu bir daha təbrik edir, ona yeni-yeni nailiyyətlər və möhkəm can sağlığı arzulayırıq.

8 ŞƏRH

  1. Hörmətli həmkarım Eldəniz müəllim!

    Mən, ensiklopedik bilik sahibi olmuş Həsən bəy Zərdabinin həyatı və yaradıcılığına bələd olan, araşdırmalar aparan tarixçi alim kimi və eyni zamanda “Həsən bəy Zərdabi irsi: keşməkeşli həyat yolu” adlı monoqrafiyanızın rəyçilərindən biri kimi belə bir dəyərli, elmi-tədqiqat əsərini ortaya qoyduğunuz üçün Sizə sonsuz təşəkkürümü bildirirəm.
    Eldəniz müəllim, biləsiniz ki, Siz belə bir ağır yükün altına girəndə, bu mövzu üzərində işləməyə başlayanda mən özümdə əminlik tapmışdım ki, bu işin öhdəsindən layiqincə gələcəksiniz. Elə də oldu. Çünki belə bir ağır və şərəfli işin öhdəsindən Həsən bəy Zərdabinin çoxsahəli yaradıcılığını, onun elmi irsini dərindən bilən Zərdabişünas, Zərdabisevər, fundamental tədqiqatçı alim gələ bilərdi.
    Zərdabinin elmi irsi ilə məşğul olan Zərdabişünaslar, ölkənin alim və ziyalıları ilə təmasda olmağınız, Zərdabi nəslinin yaşlı nümayəndələrini arayıb-axtarmağınız, tarixi-arxiv sənədlərinə istinad etməyiniz və nəhayət gərgin zəhmət tələb edən çoxillik tədqiqatlarınızın nəticəsində əldə etmiş olduğunuz bilgilər əsasında Azərbaycanda ilk dəfə olaraq Həsən bəy Zərdabinin nəsil şəcərəsini tərtib etmiş oldunuz.
    Eyni zamanda tərtib etdiyiniz şəcərədə qeyd olunan insanların başına gətirilən faciəli hadisələrin, onların keşməkeşli həyat yollarının tarixi şərhini verməyiniz, Zərdabinin, Zərdabi ocağından çıxanların o zaman xalqının tərəqqisi, rifahı naminə gördükləri işləri, irəli sürdükləri ideyaları, tövsiyələri, xeyriyyəçilik hərəkatını diqqətə çatdırmağınız tarixin açılmamış səhifələrdən xəbər vermiş oldu.
    Odur ki, belə bir tarixi monoqrafiyanız həqiqətən də, ölkə ictimaiyyətinin, alim və ziyalılarımızın böyük diqqətinə, dəyərinə, marağına, alqışına və eyni zamanda dahi mütəfəkkir Həsən bəy Zərdabi nəslinin ölkənin müxtəlif regionlarında, həmçinin xarici ölkələrdə yaşayan nümayəndələrinin böyük sevinc və marağına səbəb olmuşdur.
    Eldəniz müəllim, mən də tarixçi alim, Zərdabisevər, Zərdabi yurdunun doğma övladı olaraq, belə bir tarixi monoqrafiyanızın işıq üzü görməsi münasibətilə bir daha Sizi təbrik edir, Sizə möhkəm can sağlığı, yaradıcılığınızda yeni-yeni nailiyyətlər arzulayıram.

    Hörmətlə,
    Tarix elmləri doktoru, Bakı Dövlət
    Universitetinin professoru, Hacı İsmayıl
    Məmmədov

  2. Böyük Zərdabişünas alim Eldəniz Həsənovun “Həsənbəy Zərdabi irsi: keşməkeşli həyat yolu” monoqrafiyası Zərdabi haqqında yazdığı bütün tədqiqat əsərlərinin ən böyük zirvəsidir.
    Bu əsər üzərində işləməsini 4-5 il bundan qabaq müəllifdən eşitmişdim. Monoqrafiyanı oxuduqca müəllifin hansı zəhmət çəkdiyi açıq-aydın görünür. Onun tərtib etdiyi Zərdabinin nəsil səcərəsində özünün ad və soyadını görən Sahib Soltanovun kövrələrək necə ağladığını görəndə Zərdabinin, o keçməkeşli həyat yolunun əsərdə necə obyektiv işıqlandırılmasını, müasirliyini və aktuallığlnı bir daha təsdiq etmək olur.
    Cox da tərifi sevməyən dostum Eldəniz bu tərifli əsərinə görə bir Zərdablı kimi sənə halal olsun deyirik. Yaxın ətrafımla birlikdə sənə və köməklik göstərənlərin hər birinə çox-çox təşəkkürlər edirik.

    Hörmətlə,
    Azərbaycan Respublikasının Prezidenti yaninda
    Dövlət İdarəçilik Akademiyasının şöbə müdiri:
    Tahir Kərimov

  3. Eldar Həsənovun Həsən bəy Zərdabinin haqqında yazdığı “Həsənbəy Zərdabi irsi: keşməkeşli həyat yolu” adlı kitabı Zərdabinin nəsil şəcərrəsini geniş və aydın şəkildə tərtib edilmişdir.
    Mən Soltanov Sahib Məcid oğlu və Həsənbəy Zərdabinin nəslinin davamçısı kimi Eldəniz Həsənova təşəkkürümü bildirirəm və yeni-yeni nailiyyətlər arzulayıram.
    Azərbaycan Respublikasının Prezidenti yaninda
    Dövlət İdarəçilik Akademiyasının əməkdaşı

  4. Uvajaemiy Eldeniz muellim! Pozdravlyaem Vas s vixodom v svet monografii,posvyashennoy izuceniyu naslediya Gasan-beka Zerdabi.Eto – dostatocno obyemnoe naucnoe issledovanie,kotoroe zaslujivaet vnimanie obshestvennosti.Mi ocen nadeyamsya,cto Vash kolossalniy trud budet ocenen po dostoinstvu.
    Nam,otpriskam etogo slavnogo roda Zerdabi,osobenno priyatno derjat v ruke Vashu knigu. To,cto doljni bili sdelat mi,sdelali Vi. Spasibo Vam bolshoe za eto.
    Vse 11 glav Vashey knigi po-svoemu unikalni i dostatocno informativni. Vi osushestvili odnovremenno naucnuyu rabotu i napisali knigu ob etom velikom celoveke.
    Gasan-bek Zerdabi prinadlejit ne tolko svoemu rodu,on prejde vsego yavlaetsya sinom azerbaydjanskogo naroda,a takje vsey tyurkskoy nacii.
    Vi,kak istinniy patriot,ne pojaleli sil dlya togo,ctobi eshe raz predstavit azerbaydjanskomu obshestvu genialniy obraz mislitelya,prosvetitelya i jurnalista,filosofa i ucenogo – dostoynogo sina nashego naroda. Blagodarya Vashemu glubokomu issledovaniyu neordinarnoy licnosti Gasan-beka Zerdabi,shirokie krugi intelligencii popolnili svoi znaniya i predstavleniya ob etom udivitelnom celoveke.
    Mi,potomki Gasan-beka Zerdabi,eshe raz pocuvstvovali gordost za prinadlejnost k etomu slavnomu rodu i oshutili na sebe opredelennuyu otvetstvennost za stol blagorodniye korni.
    Mi uvereni,cto unasledovali patrioticeskiy dux svoego velikogo predka i pri sootvetstvuyushey situacii takje ne pojaleem svoix sil i samootverjennosti dlya blaga nashego naroda i nacii.
    Uvajaemiy avtor! Blagodarya Vashey knige,mnogie predstaviteli roda Gasan-beka Zerdabi, uznali o sushestvovanii drug druga. Poverte,cto podrobnoy informaciey o pocti kajdom predstavitele roda Melikovix,Vi sovershili bogougodnoe delo.
    O nekotorix sobitiyax,izlojennix v Vashey knige,a takje o nekotorix imenax,ukazannix Vami,konecno je mi,certvertoe pokolenie Melikovix,bili osvedomleni. Odnako Vashe fundamentalnoe issledovanie pripodnyalo zavesu nad mnogimi neyasnimi momentami.Est eshe voprosi..,no na mnogie iz nix Vi dali iscerpivayushee obyasnenie.
    Spasibo Vam ogromnoe i dalneushix uspexov v Vashey blagorodnoy deyatelnosti!

    P.S. Hormetli Eldeniz muellim! Size bu movzu ile baqli kicik bir olay danishmaq isteyirem. Bir nece il once ulu onderimiz Heyder Eliyevin dogum gunu munasibeti ile Fexri Xiyabana ziyarete getmishdik. Ziyaret bitenden sonra,Xiyabani terk etmek isterken,diqqetimi bir qebir dashi celb etdi.Diqqetimi ceken mezar dayandigim yerden cox uzagda idi.Qerar verdim ki,mutleq bu mezarin kime mexsus olduqunu oyrenmeliyem. Mezara yaxinlashanda lovhenin ustunda bu yazini oxudum “Hesen bey Melikov-Zerdabi”. Zerdabinin ruhu meni cagirmishdi….
    Sizin kitabiniz da azerbaycan ziyalilarini birliye,musteqilliye,insanseverliye,fedakarliga,Vetenini,dovletini,milletini sevmeye cagiracaq, ozune,milli medeniyyetine,koklerine layiqli deyer vermeyi ashilayacaq.
    Imza: Semid bey ve Lutviyye xanim Melikovlarin neveleri,Firuze xanimin qizlari Heyran ve Reyhan Eliyevalar.

  5. Bütün ömrünü xalqımızın maariflənməsinə, tərəqqisinə sərf et-
    miş H.B.Zərdabinin fəaliyyəti və yaradıcılığı, “Əkinçi” qəzeti
    barədə indiyə kimi müxtəlif istiqamətlərdə çoxlu dəyərli araş dırmalar aparılmışdır.Təəssüflər olsun ki, son dövrlərə qədər
    görkəmli şəxsiyyətin şəcərəsi öyrənilməmiş, həyatı,ailəsi,qo-
    humları ilə bağlı mübahisələrə,qaranlıq qalan məqamlara aydın-
    lıq gətirilməmişdi.Zərdabi irsinin tədqiqində və təbliğində xüsusi əməyi olan,zərdabişünas alim E.Həsənov bu çətin işin öhdəsindən layiqincə gəlmiş “Həsənbəy Zərdabi irsi:keşməkeş
    li həyat yolu” adlı kitabını çap etdirməklə öz vətəndaşlıq borcunu yerinə yetirmişdir.Elmi ictimaiyyətə, zərdabisevərlə
    rə onun həyatı,övladları,qohumları,dostları,əlaqə saxladığı
    tanınmış şəxslər barədə kitabda geniş məlumatlar verilir.
    Kitab zərdabişünaslığa ən dəyərli töhfədir və bu nailiyyə-
    tinə görə zəhmətkeş alim E.Həsənovu təbrik edirəm, elmi fəa
    liyyətində uğurlar arzulayıram!
    HÖRMƏTLƏ, prof. Məhərrəm Məmmədli

  6. Azərbaycan milli mətbuatımızın banisi, görkəmli təbiətşünas alim Həsən bəy Zərdabinin irsi XX əsrin 50-ci illərindən etibarən tədqiq edilir. Mütəfəkkirin seçilmiş əsərləri ilk dəfə AMEA-nın müxbir üzvü, fəlsəfə elmləri doktoru, professor Ziyəddin Göyüşov tərəfindən tərtib və çap olunmuşdur. Onun həyatı və yaradıcılığına aid son illər tədqiqat işləri aparılmış, dəyərli elmi əsərlər yazılmışdır. Həsən bəy Zərdabinin əmisi Hidayət bəyin nəvəsi tanınmış yazıçı, şair, publisist Səttar Zərdabinin adı da bu görkəmli şəxsiyyətin tədqiqatçıları sırasındadır.
    Azərbaycanın tanınmış alimi, kənd təsərrüfatı üzrə fəlsəfə doktoru, Beynəlxalq Ekoenergetika Akademiyasının ekologiya üzrə professoru Eldəniz Həsənov Həsən bəy Zərdabinin tədqiqatçılarındandır. O, uzun illərdir Həsən bəy Zərdabinin irsini araşdırır. Bu günlərdə onun “Həsən bəy Zərdabi irsi: keşməkeşli həyat yolları” (Bakı, 2013) adlı monoqrafiyası işıq üzü görmüşdür. Monoqrafiya Həsən bəy Zərdabinin soykökü, həyatı, fəaliyyətinə aid son illərin qiymətli tədqiqat əsərlərindən biridir. Əsərdə Həsən bəy Zərdabinin və yaxın qohumlarının nəsil şəcərəsi ilk dəfə olaraq Azərbaycanda tədqiqatçı-alim, Zərdabişünas Eldəniz Həsənov tərəfindən kompleks şəkildə tərtib edilmiş, bu nəslin görkəmli övladları haqqında məlumat verilmişdir.
    Monoqrafiyada Həsən bəy Zərdabinin Qarabağ bölgəsi ilə qohumluq münasibətləri araşdırılmışdır. Onun bibiləri Tubu xanımın və Ayna xanımın nəsil şəcərəsi kitabın VI fəslində yazılmış, onların Qarabağın bəyləri ilə ailə həyatı qurmaları göstərilmişdir. Tubu xanım Səməd bəy Adıgözəlovla, Ayna xanım Abdurrahman bəylə evlənmişlər.
    Azərbaycanın görkəmli xanəndəsi, böyük muğam ustadı Zülfü Adıgözəlov Tubu xanımın və Səməd bəyin ilk övladıdır.
    Əsərdə AMEA-nın müxbir üzvü, fəlsəfə elmləri doktoru, professor Zakir Məmmədovun (Baharlı), Ənvər Çingizoğlunun, Vasif Quliyevin və bu sətrlərin müəllifinin tədqiqatlarına istinadən Həsən bəy Zərdabinin Qarabağ baharlıları ilə qohumluq əlaqələrindən bəhs edilmişdir.
    Eldəniz Həsənovun “Həsən bəy Zərdabi irsi: keşməkeşli həyat yolları” (Bakı, 2013) adlı kitabı böyük mütəfəkkirin irsindən bəhs edən uğurlu araşdırmalardan biridir. Bu dəyərli tədqiqat əsəri münasibəti ilə Eldəniz müəllimi təbrik edir, ona yaradıcılıq uğurları arzulayıram.

    Orxan Zakiroğlu (Baharlı)
    Tədqiqatçı-jurnalist

  7. İstedadlı alim, gözəl ziyalı Eldəniz müəllimə

    Sizin yenicə işıq üzü görən “Həsən Bəy Zərdabi irsi: keşməkeşli həyat yolu” kitabınızı diqqətlə oxudum. Açığını deyim ki, qeyrətli Azərbaycan oğlu Həsən Bəy Zərdabi (Məlikov) haqqında apardığınız elmi araşdırmalarınız diqqətimi çəkdi.
    Kitabda Həsən Bəyin nəsil şəcərəsi haqqında xeyli yeni və maraqlı faktlar vardır. Burada böyük insanın keçdiyi çətin, məşəqqətli, eyni zamanda şərəfli ömür yoluna güzgü tutulmuşdur. Kitab həm də olduqca savadlı yazılmışdır.
    Bu samballı elmi monoqrafiya Həsən Bəy Zərdabini öyrənənlər, Məlikovlar nəslinin şəcərəsi ilə tanış olmaq istəyənlər üçün qiymətli bir məxəzdir. Mən bu kitabı xalqımızın layiqli oğlu Həsən Bəy Məlikov haqqında gül çələnginə bənzədirəm. Çünki xalqımızın tarixi şəxsiyyətlərini insanlara yaxşı tanıtmaq özü qəhrəmanlıqdır, vətənpərvərliyin bariz nümunəsidir.
    Möhtərəm Eldəniz müəllim, bu xeyirxah işinizdə Sizə uğurlar arzulayıram. Qoy istedadınız daha da kükrəyib daşsın, yazan əlləriniz yorulmasın.

    Səmimiyyətlə,
    Qüdrət Məlikov
    “Sumqayıt” qəzetinin baş redaktoru, Əməkdar jurnalist
    Məlikovlar nəslinin davamçısı

  8. Əziz dostum, həmkarım Eldəniz müəllim, Siz kənd təsərrüfatı üzrə fəlsəfə doktoru, Beynəlxalq Ekoenergetika Akademiyasının ekologiya üzrə professoru, Zərdabiçünas, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Qızıl Qələm” mükafatı laureatı, “Həsən bəy Zərdabi diplomu”na və bir şox fəxri adlara layiq görülən əsl Azərbaycan ziyalısı olaraq 35 ildən artıq bir müddətdir ki, əmək fəaliyyətinizi davam etdirməklə şərəfli həyat yolu keçmisiniz.
    Hörmətli Eldəniz müəllim, Sizin Azərbaycan və Rüsiya Fedarasiyası Torpaqşünaslar Cəmiyyətinin üzvü, tanınmış yerquruluşu mütəxəssisi, eroziyaşünas, torpaqşünas alim, Beynəlxalq Ekoenergetika Akademiyasının ekologiya üzrə professoru olmağınız və eyni zamanda dahi mütəfəkkir, ensaiklopedik bilik sahibi Həsən bəy Zərdabinin fundamental tədqiqatcısı olmağınız da Azərbaycan ictimayətinə, alim və ziyalılarımıza yaxşı məlumdur. Həsən bəy Zərdabinin həyatı və yaradıcılığını, onun elmi irsini tədris edən Zərdabisevər elm adamı kimi, yenicə işıq üzü görmüş “Həsən bəy Zərdabi irsi: keşməkeşli həyat yolu” adlı mənə bağışlamış olduğunuz nəfs tərtibatlı, tarixi şah əsəriniz olan ikinci monoqrafiyanızla dərindən tanış oldum.
    Deyim ki, mən bir elm adamı kimi, “Həsən bəy Zərdabi irsi: keşməkeşli həyat yolu” adlı monoqrafiyanızı oxyarkən bu yolda çəkdiyiniz əziyyətlərin ağırlığını təsəvvür etməklə, Sizin nə qədər dərin tədqiqatçı, Zərdabisevər, Zərdabişünas, şoxsahəli elmi bilik sahibi olduğunuzu çoxillik tədqiqatlarınızın, araşdırmalarınızın nəticəsi olaraq 384 səhifəlik monoqrafiyanızın səhifələrində əks olunan dəyərlı məlumatlardan, əldə etmiş oluğunuz bilgilərdən, arxiv sənədlərindən və bu günədək bizlərə məlum olmayan açılmamış səhifələrin tərəfinizdən işıqlandırılmasında bir daha gördüm və bundan çox bəhrələndim.
    Diqqətə çatdırmaq istəyirəm ki, bu monoqrafiyanızdan öncə yazmış olduğunuz və ali təhsil ocaqlarında tədris olunan “Həsən bəy Zərdabi Azərbaycanda yerquruluşu elminin və torpaq islahatının banisidir” (Bakı, “Azərnəşir”, 2006, 368 səh.) adlı elmi-tədqiqat əsərinizlə yanaşı, yenicə işıq üzü görmüş “Həsən bəy Zərdabi irsi: keşməkeşli həyat yolu” adlı bu elmi-tədqiqat əsəriniz də Həsən bəy Zərdabi irsi ilə bağlı ölkənin elm, təhsil, mədəni-maarif ocaqlarında proqram-dərslik kimi istifadə olunmasında, elmi işlərin yazılmasında yeni-yeni mövzulara yol açan mənbə və dəyərli əyani vəsaitdir.
    Hörmətli Eldəniz müəllim, elmi-tədqiqat əsərlərinizdə Həsən bəy Zərdabini komples şəkildə, yəni onun elmi irsini, həyatı və yaradıcılığını, nəsil şəcərəsini, bu nəslin başına gətirilən faciəli hadisələrin, keşməkeşli həyat yollarının tarixi şərhini verməyiniz Sizin dahi mütəfəkkirin fundamental tədqiqatçı, dəyərli alim, əsl Zərdabişünas olmağınızdan xəbər verir.
    Siz Zərdabi ənnələrinə sadiq, milli-mənəvi dəyərlərə, milli qürüra, dəyanətə malik olan, dahi mütəfəkkirin arzu və amallarının həyata keçirilməsi yolunda göstərmiş olduğunuz müstəsna xidmətlərinizlə əsl Azərbaycan alimi, ziyalısı olaraq daima tarixin səhifələrində, yaddaşlarda yaşayacaqsınız.
    Hörmətli professor, Sizin uğurlarınız uğur dalıncadır. Əlbəttə bütün bunları gərgin zəhmətiniz hesabına qazanmışsınız. Bunun aydın təzahürünü alim və ziyalılar tərəfindən zerdab.com saytı, mətbuat orqanları vasitəsilə Respublikanın müxtəlif regionlarından ünvanınıza gələn təbriklərdən, təşəkkür məktublardan da görürük. Sizin hər bir uğurunuz hər bir Azərbaycan ziyalısının, aliminin sevincidir. Siz Azərbaycanımızın tanınmış torpaq işçisi, yerquruluşu mütəxəssisi, torpaqşünas, ekoloq alimisiniz.
    Eldəniz müəllim, Siz eyni zamanda ölkənin aqrar sektorunda həmişə diqqət mərkəzində olan, yüksək idarəşilik, təşkilatçılıq qabiliyyətinə malik təcrübəli kadrsınız.
    2014-cü ilin iyun ayında qazandığınız ikinci bir uğurunuz isə ondan ibarətdir ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyində yeni məsul vəzifəyə təyin olunmusunuz.
    Qeyd etmək istərdim ki, idarəşilik, təşkilatçılıq qabiliyyətiniz və son 35 ildə ölkənin aqrar sektorundə işgüzar, səmərəli fəaliyyətiniz nəzərə alınaraq, Siz Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tələbnamə məktubu ilə yeni işə dəvət olunmuş və dövlət qulluqçusu olaraq bu günlərdə Kənd Təsərrüfatı Nazirliyi Aparatının Torpaqdan istifadəyə nəzarət, meliorasiya və təbiətin mühafizəsi şöbəsinin müdir müavini vəzifəsinə təyin olunmuşsunuz.
    Hörmətli Eldəniz müəllim, 2014-cü ildə, “Həsən bəy Zərdabi irsi: keşməkeşli həyat yolu” adlı elmi-tədqiqat əsərinizin işıq üzü görməsi, eyni zamanda Kənd Təsərrüfatı Nazirliyinin Mərkəzi Aparatında yeni məsul vəzifəyə təyin olunmağınız münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm, Sizə müstəqil Azərbaycanımızın çiçəklənməsi yolunda gördüyünüz çoxsahəli xeyirxah, əməli işlərinizdə yeni-yeni yaradıcılıq uğurları diləyir və möhkəm cansağlığı, ailənizdə xöşbəxtlik arzu edirəm.

    Hörmətlə, İbrahimxəlil İbrahimov
    Azərbaycan Respublikasının Prezidentinin
    yanında İdarəçilik Akademiyasının dossenti, şöbə
    müdiri, kənd təsərrüfatı üzrə fəlsəfə doktoru

Comments are closed.