Zərdabinin ilk dəfə şəcərəsini tərtib etməklə tarixə düşdünüz

2
50

Həsən bəy Zərdabi irsi: keşməkeşli həyat yoluŞƏRƏFLİ ELMİ FƏALİYYƏTİN UĞURLU BƏHRƏSİ

Çox dəyərli professor, əziz həmyerlimiz Eldəniz Həsənov! Mən Həsən bəy Zərdabi ilə bağlı ən sevincli anlarımı ilk dəfə Azərbaycan Respublikası Prezidentinin 4 iyun 2012-ci il tarixli Sərəncamını oxuyarkən yaşadım və bu gözəl duyğular mənim gözlərimi yaşartdı. Çünki Həsən bəy Zərdabinin 170 illik yubileyinin ölkə səviyyəsində keçirilməsi haqqında Sərəncam hər bir zərdabisevər kimi məni də  çox təsirləndirmişdi. Çox əziz Eldəniz müəllim! Sizin “Həsən bəy Zərdabi irsi: keşməkeşli həyat yolu” adlı kitabınız gəlib mənə çatanda mən bu sevincli anları yenidən yaşadım. İnanın ki, 374 səhifəlik kitabı iki gün ərzində ən dəyərli bir varidat kimi birnəfəsə oxudum. Qeydlərimi işlədiyim  “Əkinçi” qəzetinə yazdım. Lakin ölkə ziyalılarının tez-tez Sizə ünvanladığı məktubları məni də ruhlandırdı ki, Sizə doğma saytımız Zerdab.com vasitəsi ilə yeni kitabınız haqqında öz fikirlərimi çatdırım.

Siz “Həsən bəy Zərdabi irsi: keşməkeşli həyat yolu” adlı monoqrafiyanızla bir daha sübut etdiniz ki, həqiqətən də Zərdabinin fundamental bir tədqiqatçısısınız. Dahi həmyerlimiz Həsən bəy Zərdabinin ilk dəfə olaraq nəsil şəcərəsini tərtib etməklə yenidən tarixə düşdünüz. Şəcərədə əks olunan insanların başına gətirilən faciəli hadisələrin, onların keşməkeşli həyat yollarının tarixi şərhini çox dəqiq vermisiniz.

Mən Sizin elmi yaradıcılığınızı diqqətlə izləyirəm. 9 kitabınızın hər biri ilə tanışam. “Həsən bəy Zərdabi Azərbaycanda yerquruluşu elminin və torpaq islahatının banisidir” adlı monoqrafiyanızla 2006-cı ildə tanış olanda anladım ki, Siz bu sahəni çox dəqiq dəyərləndirirsiniz. Hazırda iş stolumun üstündəki “Həsən bəy Zərdabi irsi: keşməkeşli həyat yolu” adlı monoqrafiyanızda Sizin haqqınızda oxuyuram ki, 1976-1981-ci illərdə S.Ağamalıoğlu adına “Şərəf nişanı” ordenli Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun aqronomluq fakültəsinin yerquruluşu şöbəsində təhsil almış və bu təhsil ocağının Azərbaycanda “yerquruluşu ixtisası” üzrə ilk buraxılışının məzunu olaraq İnstitutu fərqlənmə diplomu ilə bitirmisiniz.  Deməli, Eldəniz Həsənovun zərdabişünas bir alim olaraq, onun dahi Həsən bəy Zərdabinin izi ilə getməyi özünə yol seçməsi çətin olsa da, şərəflə irəliləyə bilmişdir. Bu şərəfli yolun daha uğurlu bir bəhrəsi haqqında bəhs etdiyim 2013-cü ildə çapdan çıxmış “Həsən bəy Zərdabi irsi: keşməkeşli həyat yolu” adlı monoqrafiya oldu. Bu çox dəyərli, oxuduqca oxucuya xoş gələn kitab Zərdabi irsinə qiymətli töhfə olmaqla yanaşı, professor Eldəniz Həsənovun da şərəfli elmi fəaliyyətinin çox uğurlu bir bəhrəsidir. Bu münasibətlə “Əkinçi”nin bütün zərdabisevər kollektivi adından çox hörmətli professorumuz Sizi – dəyərli həmyerlimizi ürəkdən təbrik edirəm.

Sizə dərin ehtiramla: TƏRLAN ABDULLAYEVA, “ƏKİNÇİ”NİN MÜXBİRİ.

2 ŞƏRH

  1. Zərdab.com saytında oxunmuşdum ki,hörmətli həmyerlimiz professor Eldəniz Həsənovun bu yaxınlarda “Həsən bəy Zərdabinin irsi;keşməkeşli həyat yolu “adlı monoqrafiyası çapdan çıxıb.Kitabla çox maraqlandım.Və onu hörmətli Tərlan xanımdan əldə etdim.Bu gün Həsən bəy Zərdabinin nəsil səcərəsi haqqında tarıxı monoqrafiya ilə başda Tərlan xanımın gözəl qeydlərini oxuyanda qərara gəldim ki,hörmətli professorumuza böyük əsərə görə mən də öz minnətdarlığımı bildirim.

Comments are closed.